Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kibrit qutusu kimi düzülmüş binalar: “Onlar fiziki aşınmaya məruz qalır”
Kibrit qutusu kimi düzülmüş binalar: “Onlar fiziki aşınmaya məruz qalır”

Bakının istər mərkəzi, istərsə də mərkəzdən kənar hissələrində yeni çoxmərtəbəli tikililərin sayı durmadan artır. Bu binalar kənardan nə qədər gözəl görüntüyə sahibdirlərsə, içərisində yaşamaq bir o qədər də çətindir. Həmin binalarda yaşayan sakinlərin əsas problemlərinin səbəbi isə tikililərin həddindən artıq yaxın məsafədə tikilməsidir.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən əmlak məsələləri üzrə ekspert Pərviz Qulami bildirir ki, indiyə qədər baş vermiş bu sıx yerləşmə yerlərində həm ekoloji, həm də sosial problemlər yaranır.

Pərviz Qulami Pərviz Qulami

“Yəni binaların sıx tikilməsi mənzillərin havalandırması, günəş şüasının düşməsində problemlər yaradır. Günəş düşmədikdə isə bina daha çox fiziki aşınmaya məruz qalır. Bundan əlavə olaraq, binalar yaxın məsafədə olduqda sosial problemlər, səs-küy insanlarda diskomfort yaradır.

Binaların  yaxın olması həm də bu ərazidə əhali sayının, avtomobil sayının artması və avtomobil yollarının yüklənməsi deməkdir.

Əvvəllər bu cür layihələr daha çox idi. Misal üçün Sumqayıt şosesində yerləşən “Gənclər şəhərçi”yini göstərə bilərik. Oranın layihəsi tamamilə fərqli idi. Sonradan həmin binaların arasında yenilərini inşa etdilər. Qeyd etdiyimiz problemlərin ən bariz nümunələrindən biri elə bu yaşayış kompleksidir”.

Ekspertin sözlərinə görə, binalar arasındakı məsafə bir binanın hündürlüyü və və onun yarısı qədər olmalıdır.

“Məsələn, binanın hündürlüyü 30 metrdirsə, digər bina 40 metr məsafədə tikilməlidir. Amma təbii ki, bu ara məsafəsinin pozulduğu tikililər çoxdur”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› "Cütlüklərə zəng edirlər ki, boşanın, sizi evlə təmin edək" - "Qaçqınkom"-da nə baş verir...
››› Zelenski xalqa müraciət edib: "...Qaçmağa başqa yerimiz yoxdur"
››› Qazaxıstan XİN Tokayevin "xəbərdarlıq etmədən güllələmək" əmrini açıqlayıb
››› 67 ildir yuyunmur, ölü heyvan əti ilə qidalanır, amma tam sağlamdır - Foto
››› "Rusiya sovet hökümətinin varisidirsə, bu hadisə ilə də üzləşməli idi"
››› 20 Yanvar və Çin...
››› Yanvarın 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »