Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Conson: Bütün vasitələrlə gözlənilən təcavüzün qarşısı alınacaq
Conson: Bütün vasitələrlə gözlənilən təcavüzün qarşısı alınacaq

Britaniya, ABŞ, Fransa, Almaniya və İtaliya liderləri bazar ertəsi telefon danışığında Ukrayna ətrafındakı vəziyyəti müzakirə edərək, Rusiyanı gərginliyi azaltmağa çağırıblar.

Bizimyol.info TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Boris Consonun ABŞ prezidenti Co Bayden, Almaniya kansleri Angela Merkel, İtaliya baş naziri Mario Draqi və Fransa prezidenti Emmanuel Makron ilə telefon danışığından sonra yaydığı məlumatda deyilir.

"Liderlər Rusiyanı gərginliyi azaltmağa çağırıb və Ukraynanın ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiklərini bildiriblər. Liderlər razılaşdılar ki, G20 və NATO xarici işlər nazirlərinin son görüşləri bu mövzunun müzakirəsi üçün faydalı platforma olub", - deyə qeyd edib. O, əlavə edib ki, siyasətçilər Rusiyanın iddia edilən təhdidləri və təcavüzü qarşısında "vahid cəbhənin təmin edilməsinin zəruriliyini" nəzərdə saxlayırlar.

“Baş nazir Boris Conson bildirib ki, Böyük Britaniya Rusiyanın Ukraynaya qarşı hər hansı təcavüzünün qarşısını almaq üçün əlində olan bütün iqtisadi və diplomatik vasitələrdən istifadə etməyə davam edəcək”, - deyə Consonun ofisi məlumat verib.

"Siyasətçilər prezident Co Baydenin Vladimir Putinlə görüşündən sonra yenidən müzakirə etməyə razılaşıblar”. Rusiya Federasiyası və ABŞ liderləri arasında videobağlantı vasitəsilə görüş dekabrın 7-nə planlaşdırılıb. Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun bazar ertəsi verdiyi məlumata görə, prezidentlər Ukrayna ətrafında gərginliyi, NATO-nun Rusiya Federasiyasının sərhədlərinə doğru irəliləməsini və Rusiya liderinin təhlükəsizlik təminatları ilə bağlı təşəbbüsünü müzakirə edəcəklər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »