Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MKİ: Rusiya Ukraynada riskə gedə bilər
MKİ: Rusiya Ukraynada riskə gedə bilər

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bildirib ki, ABŞ Rusiyanın Ukrayna ilə bağlı niyyətindən xəbərsizdir, lakin Moskvanın riskə getmək istəyini də qiymətləndirməmək olmaz.

Bizimyol.info xəbər verir ki, bu barədə TASS məlumat verib.

“Prezident Vladimir Putinin güc tətbiq etmək qərarı verib-vermədiyini bilmirik, lakin biz bilirik ki, Rusiya ordusu və təhlükəsizlik qüvvələri həlledici addımlar ata biləcəkləri mövqelərdədirlər”, - deyə Börns bildirib.

O qeyd edib ki, “mən Putinin Ukraynada risk iştahını qiymətləndirməkdə çətinlik çəkirəm”. Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun sözlərinə görə, prezidentlər arasında dekabrın 7-də keçiriləcək danışıqlarda ABŞ “Rusiyanı dayandırmağa” hazır olduğunu nümayiş etdirəcək, eyni zamanda vəziyyəti diplomatik vasitələrlə yumşaltmaq imkanından yararlanacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »