Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sedat Pekerin həbs xəbəri yayıldı
Sedat Pekerin həbs xəbəri yayıldı

Uzun müddətdir çıxışları Türkiyədə gündəm yaradan Sedat Pekerdən yeni xəbər var. Mafiya başçısının həbs olunduğu bildirilir.

Bizimyol.info xəbər verir ki, Qətər mətbuatı bununla bağlı məlumat yayıb. Yazılanlara görə, Sedat Pekeri xeyli vaxtdır sığındığı Birləşmiş Ərəb Əmirliklərində həbs ediblər. Onun ev şəraitində saxlandığı, internetə çıxışı olmadığı xəbər verilir. Yaxın günlərdə Türkiyəyə gətiriləcəyi gözlənilir.

Sedat Peker qalmaqallı videolarının əksərini məhz ərəb ölkəsində çəkdirmişdi. O, Türkiyənin müxtəlif məmurlarının, nazirlərinin adlarını çəkir, həmin şəxsləri cinayət əməllərində ittiham edirdi. Sedat Peker son görüntülərində hidrosikl sürərkən nəzərə çarpmışdı. Mafiya başçısı onda istənilən ölkədə görünə biləcəyini demişdi.

Sedat Peker 1970-ci ildə Sakarya şəhərində doğulub. Köklərinin Dağıstana gedib çıxdığı məlumdur. Mafiya başçısı dəfələrlə həbs həyatı yaşayıb.

Bizimyol.info

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Ərdoğandan Sezen Aksuya sərt sözlər: “Uzanan dilləri qoparmaq vəzifəmizdir”
››› Kremlin aşpazı Putinin yemək sirlərini açıqlayıb
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Böyük Britaniya Rusiyanın qonşuluğuna ordu toplayır
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Eldar Həsənova hökm oxunub
Son xəbərlər
Bütün xəbərlər »