Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlin sonunda bürcləri nə gözləyir...
İlin sonunda bürcləri nə gözləyir...

2021-ci il başa çatmaq üzrədir. Amma ildən gözləntilərimiz hələ bitməyib. Dekabr sürpriz gətirə bilər. Bizimyol.info ilin sonu barədə proqnozu sizə təqdim edir.

Qoç – Dekabrda çox fəal olmaq lazımdır. Yeniliklərə açıq olmaq vacibdir. Yeni iş təklifi gələrsə, düşünmədən müsbət cavab vermək olar. Ən yaxşısı, bunu ayın ikinci yarısında etməkdir.

Buğa – Əvvəllər cürət etmədiyiniz addımları atmalısınız. Xəyalların gerçək olması zamanı çatıb. Dekabrın 3-dən 9-a qədər sevgili ilə vaxt keçirmək üçün uyğun dönəmdir.

Əkizlər – Dekabr Əkizlər üçün adi keçəcək. Günlər sakit axarla bir-birini əvəz edəcək. Nə xoşagəlməzliklər olacaq, nə də müsbət emosiyaların partlayışı.

Xərçəng – Bu ay uğur qazanmaq mümkün olacaq. Tale keçmiş səhvləri düzəltmək üçün şans verəcək. Amma bu o demək deyil ki, ortaya güc qoymağa ehtiyac yoxdur. İş və pul özü sizi tapmayacaq. Sizdən çox şey asılıdır. Zəhmətsevərliyiniz bəhrə verəcək.

Şir – İctimai həyat gələcəyə planlar qurmağa kömək edəcək. Depressiyadan çıxmaq üçün havaya çıxmaq və yeni dostlar tapmaq lazımdır. Xeyli tanınmış adamlarla dostlaşmaq imkanı yaranacaq.

Qız – Çox vacib problemləri necə həll etməyin yollarını öyrənəcəksiniz. Sizə elə gələ bilər ki, həyat boşuna gedir. Amma mütləq nəsə mənimsəyirsiniz.

Tərəzi – Ay ərzində müxtəlif narahatlıqlar olacaq. Amma bu, Tərəzinin xeyrinə işləyəcək. Çünki bələd olmadığı qabiliyyətləri üzə çıxacaq.

Əqrəb – Ətrafdakıların kiçik səhvlərini rahat bağışlamaq olar. Özünüzü elə aparın ki, yaxınlarınız heç bir şeydə irad bildirməsin. Mübahisə zamanı ittihamları sağa-sola səpələməyin. Çalışın, gerçək səbəbləri ortaya çıxarasınız.

Oxatan – Əvvəlcə müəyyənləşdirmək lazımdır ki, gerçək istəyiniz nədir. Bundan sonra artıq şeyləri kənarlaşdırmalısınız. İnadkar olmaq yaxşıdır. Bir şərtlə ki, başqalarının da fikrini nəzərə alasınız.

Oğlaq – Müxtəlif vəziyyətlərdə ortaq məxrəcə gəlməyi bacarmaq gərəkdir. Bu sizin yalnız xeyrinizə olar. Kiçik güzəştlər edəndə dünya dağılmır.

Dolça – Ola bilər ki, dekabr gərgin başlayıb. Nəticə çıxarmağa tələsməyin. Tezliklə vəziyyət yaxşılığa doğru dəyişəcək, problemlər keçmişdə qalacaq. Konstruktiv ovqat çox önəmlidir.

Balıq – Dekabrda hər şeydə üstün olmağa çalışacaqsınız. Qələbələri sıralamaq istəyi böyüyəcək. Bu halda daha böyük məqsədlərinizin olmasını unutmayın.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »