Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kremlə "sürpriz zərbə": Rusiya qırıcıları əvəzinə Türkiyə dronları
Kremlə "sürpriz zərbə": Rusiya qırıcıları əvəzinə Türkiyə dronları

İndiyə qədər Türkiyənin pilotsuz uçuş aparatları dünya mətbuatında yalnız müsbət fikirlər oxumuşuq. Qardaş ölkənin hərbi sənayesinin uğurları barədə yazılar bir-birini əvəz edir. Türkiyə dronlarına xeyli ölkə müştəri düşüb.

Bizimyol.info xəbər verir ki, Rusiya mətbuatı İraqın “Bayraktar TB2” pilotsuz uçuş aparatları almaq qərarına gəldiyini yazır. İraq mətbuatında da bununla bağlı xəbərlər gözə dəyir. Məsələnin maraqlı tərəfi Asiya ölkəsinin əvvəlcə rus döyüş təyyarələri ilə maraqlanmasıdır. Amma İraq son anda fikirndən daşınıb və Türkiyə dronlarına üstünlük verib.

Rusiya mətbuatının yazdığına görə, MİQ-29 qırıcılarının alınması gündəmdə olub. Sonradan İraq hökuməti başqa fikrə düşüb. Burada “Bayraktar”ın orduya daha böyük fayda verəcəyinə əminlik yaranıb. Beləcə, İraq Türkiyədən ümumi dəyəri 100 milyon dollar olan dronlar almaq qərarı verib.

İraqın Rusiya təyyarələri ilə maraqlanması ABŞ-ın xoşuna gəlməmişdi. Müsəlman ölkəsinin MİQ-29 satın almaqdan imtinasında da Vaşinqtonla münasibətlər amilinin böyük rol oynadığı bildirilir.

İraq Türkiyə dronlarının əsasən Suriya ilə sərhəd zonasında və dağlıq ərazilərdə istifadə edəcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »