Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Helikopter qəzasında həlak olanlar şəhid statusu alacaqlarmı...
Helikopter qəzasında həlak olanlar şəhid statusu alacaqlarmı...

"Aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olmuş hərbçilərin ailələrinin şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri ilə əhatə olunması işləri aparılır"

Bu sözləri Bizimyol.info saytına açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov söyləyib. Onun sözlərinə görə, bu tədbirlər sırasında, şəhid hərbi qulluqçuların ailələrinin Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü, pensiya və müavinətlərlə təmin olunması əsas yer tutur:

"Şəhid ailələri müasir tələblərə cavab verən yeni mənzillə təmin edilirlər. Şəhid ailəsi üzvlərinə pensiya təyinatı zamanı əlavə üstünlük verilməklə, şəhid ailəsi üzvlərinin əmək pensiyasına əlavə hesablanır. Eyni zamanda, şəhid ailələrinin övladlarının respublikamızın ali təhsil müəssisələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir".

F.Talıbov əlavə edib ki, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinin hər birinə aylıq sosial müavinət verilir. Aktiv məşğulluq proqramları çərçivəsində də şəhid ailələrinə dəstək işləri aparıldığını deyən nazirlik rəsmisi vurğuladı ki, eləcə də aktivlərlə təmin edilməklə özünüməşğulluq proqramı əsasında onlar üçün kiçik biznesə çıxış imkanları yaradılır.

Mətbuat katib,i ölkənin əmək, məşğulluq və vergi qanunvericiliyində şəhid ailəsi üzvləri üçün bir sıra imtiyaz və güzəştlərində əksini tapdığını diqqətə çatdırdı.

Rövşən Ziya, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »