Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bəzi xəstəliklərin daşıyıcıları öz xəstəliklərini gizlicə başqalarına ötürməklə məşğuldur"
"Bəzi xəstəliklərin daşıyıcıları öz xəstəliklərini gizlicə başqalarına ötürməklə məşğuldur"

Ötən həftə Bərdənin polis əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə keçirilən nəzarət-profilaktik tədbirlər zamanı ictimai yerdə bu xəstəliyə yoluxmuş şəxs aşkar ediblər. Müəyyən edilib ki, V.Ağayevin özünütəcrid müddəti bitmədən müalicə aldığı ünvanı tərk etdiyi və şəhər ərazisində olduğu müəyyən olunub. Həmin şəxs müəyyən edildiyi ərazidən həkimlərin müşaiyəti ilə müalicə aldığı ünvana geri qaytarılıb.

Koronavirus pandemiyası yayılandan bu günə qədər hər gün eyni tipli xəbərlərlə qarşılaşırıq. Bu xəstəliyə yoluxmuş xəstələrin ictimai "gəzintiləri" bir xəbərlə bitmədi. Virusa yoluxmuş avtobus sürücüsü də saxlanıldı bu ölkədə. Xəstə olduqları və xəstəliyi hər kəsin müxtəlif şəkildə keçirəcəyini bildikləri halda, viruslu xəstələrin özünütəcrid müddətini bitirmədən ünvanlarını tərk etməsi əslində xəstəlik eqoizmi ilə bağlı bir haldır. Yəqin fikir vermisiniz ki, pandemiya qaydalarını pozan şəxslər öz əməllərini necə izah edirlər: “Evdə darıxdım”, “Hava almağa çıxdım”, “Öz avtomobilimlə çıxmışam, heç kimə zərər vermirəm ki” və s. Bu kimi fikirlərlə özlərinə haqq qazandıran şəxslər, əslində xəstəlik eqoizmi yaşayırlar.

Psixoloq Nərmin Abdullayevanın sözlərinə görə, bu psixi xəstəlik deyil, psixi keçici ruh halıdır.

“Təkcə koronavirus xəstələri deyil, digər yoluxucu xəstəliklərdən də əziyyət çəkən şəxslər də bu halı yaşaya bilər. Hazırda koronavirus xəstələri qeydiyyata alındığı üçün yenə heç olmasa, onlar cəmiyyət arasına çıxdıqları zaman polis müəyyən edib, onları evə qaytara bilir. Bəzi xəstəliklər var ki, onun daşıyıcıları öz xəstəliklərini gizlicə başqalarına ötürməklə məşğuldur” - deyən psixoloq bildirir ki, yoluxucu xəstəlikdən əziyyət çəkən, xəstəliyi üçün külli miqdarda vəsait xərcləyən xəstələrdə “niyə mən” fikri yaranır. Onlar xəstə olduqları ilə barışa bilmir və bir müddət sonra bu xəstəliyi digərlərini yayamağa çalışırlar. “ Mən xəstəyəm filankəs niyə xəstə deyil” fikri ilə nəzərdə tutduqları insanlara xüsusi yaxın olmağa çalışırlar.

İki ilə yaxındır ki, eyni tendensiya koronavirus xəstələri arasında müşahidə edilir. Koronavirus xəstələri cərimələnəcəklərini və məsuliyyətə cəlb ediləcəklərini bildikləri halda cəmiyyət arasına çıxırlar: “Bəzi vərəm xəstələri çalışar ki, hamı vərəm olsun. Xəstəlik zamanı xəstənin psixikası pozulur. Bu, xüsusən yoluxucu xəstəlik zamanı olur. Belə xəstələr xəstəliklərini gizlədərək, öz istifadə etdikləri qablarda yemək və çay təklif edir, qarşılarındakı insanın bunu qəbul etməsinə çalışırlar. Və yaxud ümumi tualetlərdən istifadə edən zaman natəmizliyə yol verirlər. Qonaq getdikləri yerdə üzlərini sildikləri dəsmallara ağız sularını vurmağa çalışırlar. Və yaxud körpə uşaqları qucaqlayıb bol-bol öpürlər”.

Psixoloq bildirr ki, ən təhlükəlisi isə, yoluxucu xəstə olanların daha yaxın qurbanları ilə olan əlaqələridir. Yəni, xəstələr cinsi yolla daha çox xəstəlikərini yoluxdura bilirlər.

“Məsələn; hepatit, siflis, HİV və s. digər ağır yoluxucu xəstəlikləri olan şəxslərin cinsi partnyorları onların xəstə olduqlarını özləri xəstəliyə yoluxduqdan sonra bilirlər. Bəzən isə xəstələr qurbanları günahkar çıxara bilir. Məsələn: “sən xəstə idin, mənə də yoluxdurdun” deyə bilir”,- deyən psixoloq bildirir ki, bu səbəbdən də bütün münasibətlərdə insanlar özlərinə yaxın buraxacaqları insanlarla diqqətli davranmalıdır. Çünki heç kim qarşısındakının xəstə olacağından xəbərdar deyil.

İlahin, Bizimyol.info

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Dünyanın ən bahalı evi hərraca çıxarılıb - Foto
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
Son xəbərlər
Bütün xəbərlər »