Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda Şaxta Baba xidməti necə tənzimlənir...
Azərbaycanda Şaxta Baba xidməti necə tənzimlənir...

Qarşıdan Yeni il gəlir. Hər il Yeni ildə Şaxta Babadan hədiyyə istəyən milyonlarla uşaq var. Bəzən valideynlər özləri uşaqlarına hədiyyə alaraq, bunu Şaxta babanın gətirdiyini deyirlər. Bəzi uşaqlar isə arzularını məktub kimi yazaraq Şaxta Babaya göndərir və səbrsizliklə yeni ildə məktublarına cavab alacaqlarını gözləyirlər.

Azərbaycanda Şaxta Baba Xidməti Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən elan edilən müsabiqə nəticəsində müəyyənləşir. Və hər il şəhərin müxtəlif ərazilərində Qar qız və Şaxta Babalar fəaliyyət göstərir. Bəzi şəxslər isə özləri Yeni il gecələrində Şaxta Baba fəaliyyət göstərdikləri ilə bağlı elanlar verir və evlərə uşaqları sevindirməyə gedirlər. Bu xidmətin bir saatlıq qiyməti 50 manatdır.

Rəşad bir neçə ildir ki, İncəsənət universitetini bitirib, daimi işi olmadığı üçün bir Şaxta Baba geyimi alıb və Yeni il gecələrində dəvət aldığı evlərdə uşaqları sevindirir. Deyir ki, əslində bu idea onda bir neçə il əvvəl şəhərdə gəzərkən yaranıb.

“Yeni il ərəfəsində şəhərdə Şaxta Babaları gördüm. Bir az söhbət etdim və düşündüm ki, mən niyə olmayım. 5-6 şeir əzbərlədim, 2-3 nağıl öyrənib başladım bu barədə saytlara elan verməyə və tez bir zamanda da ətrafıma çoxlu izləyici yığdım. Bu Yeni il öncəsi təkrar elan verəcəyəm” - deyən Rəşad, yeni il günlərində azı 500-600 manat qazandığını qeyd edir.

Şaxta baba kimdir?

Şaxta baba adətən ağ saçlı, uzun ağ saqqallı, sevimli, böyük qarnı olan bir yaşlı kimi təsvir edilir. Ağ yaxalıqlı Qırmızı Kürk geyən Şaxta Babanın tarixi, Niderland əfsanəsi Sinterklasa əsaslanır. Bu əfsanə, Niderlandlı miqrantlar vasitəsilə ABŞ-a və digər dövlətlərə yayılıb.

Bütün dünyada “Noel Baba,” Avropa ölkələrində “Santa Klaus” və ya Şaxta baba adı ilə tanınan Əziz Nikolas Anadoluda yaşayan din adamı olub. Onun həyatı ilə bağlı məlumatlar bu günə qədər gəlib çatmayıb. İddialara görə, Nikolas taxıl ticarəti ilə məşğul olan bir ailənin övladı olub. Həyatına aid yazılan kitablarda göyün bir hədiyyəsi, ana-atasının dualarının və verdikləri sədəqələrin bəhrəsi, kasıbların qurtarıcısı olaraq təsvir edilir.

Əziz Nikolasın dekbarın 6-da öldüyü iddia edilir. Amma bunun da tarixi, konkret qaynağa əsaslanmır.

Bu gün bizim uşaqların səbrsizliklə gözlədiyi Şaxta Babanın imici isə, karikatura ustası Tomas Nastın 1863-cü ildə yanvarın 3-də Harpers Weekly jurnalında yayımlanan rəsmlərə əsaslanır. Nastın rəsmləri 1822-ci ildə amerikalı şair Kliment Klark Moorun yazdığı “Əziz Nikolanın ziyarəti” və ya digər adı ilə “Yeni ildən bir gün öncəki gecə” adı ilə tanınan şeirdən götürülüb.

Hər yerdə popular olan Santa Klaus imici isə, rəssam Haddon Sundblomun Coca-Cola şirkəti üçün hazırladığı son rəsmlərə əsaslanır. Sundblomun çəkdiyi Şaxta Baba fiziki görünüş olaraq; kök, ağ saqqallı, ucları ağ tüklərlə örtülü ağ geyim geyinmiş, qara kəmərli və qırmızı papaqlı bir obrazdır.

Qarşıdan Yeni il gəlir. Şaxta baba və Qar qız olmaq üçün müraciətlər artıq yəqin ki, gələn həftədən qəbul olunmağa başlayacaq.

Bəs siz bu ilki Yeni ili necə qeyd edəcəksiniz?

İlahin, Bizimyol.info

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »