Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Quduzluq bir il müddətində üzə çıxa bilir" - Sahibsiz itlər təhlükəsi
"Quduzluq bir il müddətində üzə çıxa bilir" - Sahibsiz itlər təhlükəsi

Ötən həftələrdə Kürdəmir sakini sahibsiz itlərin hücumuna məruz qalıb. Yerli KİV-in məlumatına görə, hadisə QarasaqqaI kəndində qeydə alınıb. Belə ki, sahibsiz itlər Məmmədov Qurban Əhəd oğluna hücum edərək, onun sağ qulağını dişləyərək qoparıb. Zərərçəkən ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər ona quduzluq əleyhinə zərdab vurublar. Qeyd edilib ki, bu il 300 nəfərdən çox sakin sahibsiz itlərin hücumuna məruz qalıb.

Sahibsiz itlər və küçə heyvanlarının dişləməsi, quduzluq xəstəliyinə səbəb olur. Xəstəlik, ağır və ölümcül xəstəlikdir. Buna görə də, şəxs heyvanın hücumuna məruz qaldığı zaman dərhal həkimə çatdırılmalıdır. Gecikdirilmiş hallarda xəstə həyatını itirə bilər.

Quduz xəstəliyi, mərkəzi sinir sistemini ağır formada tutan viral heyvanlardan insana keçən bir xəstəlikdir. Quduz, heyvanların ağız suyunda olur və adətən dişləmə zamanı insana keçir. Dərhal müdaxilə edilmədiyi təqdirə ölümlə nəticələnə bilir.

Həkim terapevt Xatirə Əhmədovanın sözlərinə görə, əslində quduzluq ağır bir xəstəlikdir. Xəstəliyin ilkin əlaməti insanlarda sudan qorxmadır.

“Virus dəri üzərində olan yaralar, sıyrıntılarla içəri nifuz edir. Tez bir zamanda mərkəzi sinir sisteminə çatan burada yayılmağa başlayır. Xəstəlik zamanı xəstədə nəfəs almaq və udma əzələləri iflic olur, dil-dilaltı sinirlər zədələnir və xəstənin ağzının suyu axmağa başlayır. Daha sonra virus, ürək-damar sisteminin pozulmasına səbəb olur. Beyin toxumasında şiş əmələ gəlir və damarlarda çoxqanlılıq müşahidə edilir”,- deyən həkim bildirir ki, quduzluq elə bir xəstəlikdir ki, heyvan dişləməsindən sonra bir il müddətində üzə çıxa bilir. Yəni əslində xəstəliyin inkubasiya dövrü 12-90 gündür. Amma bir il müddətində özünü göstərə bilər. Bu dövr; xəstənin yaşından, virusun reaktivliyindən, mərkəzi sinir sistemini zəiflədən şəraitin olmasından, dişlənmiş sahənin yerindən də asılıdır. Məsələn; uşaqlarda inkubasiya dövrü az olur. Baş, boyun nahiyələrin dişləmə zamanı da inkubasiya dövrü qısa olur.

Həkim qeyd edir ki, xəstəlik 3 mərhələdə davam edir.

  1. Birinci dövr, xəbərdarlq dövrüdür. Bu dövr, 2-3 gün davam edir. Bu zaman dişlənmiş nahiyə iltihaplanır, şişir, qızarır, ağrımağa başlayır. Xəstədə qorxu, həyəcan, narahatlıq meydana gəlir. Xəstə, yemək və yatmaq istəmir. Bundan sonra sinədə ağırlıq, sanki sıxılırmış kimi hisslər yaranır.
  2. Xəstəliyin ikinci mərhələsi, oyanma mərhələsidir. Bu zaman reflektör oyanma meydana gəlir. Xəstə əvvəlcə su içərkən, sonra suyu görən zaman qormağa başlayır. Suyun səsi gələndə, adı çəkiləndə xəstədə tutmalar müşahidə edilməyə başlanır. Tutmalara havanın hərəkəti, külək, parlaq işıq, güclü səs də səbəb ola bilər. Əvvəlcə tutmalar qorxu və həyacanla başlayır, sonra bədən diksinməyə başlayır. Nəfəs alma çətinləşir. Xəstədə müxtəlif hərəkətlər müşahidə edilir. “Qışqırır, başını ətrafa əyir, üzündə qıc olmalar müşahidə edilir. Üzünün mimikaları və cizgiləri pozulur, göz bəbəkləri genəlir. Təngnəfəslik əmələ gəlir. Xəstənin nəfəs alması çətinləşir, qusmağa başlayır. Belə xəstələr aqressiv olurlar, özlərini və ya ətrafdakıları cırmaqlayıb, dişləyib, qopara da bilərlər”.

    Mütəxəssis qeyd edir ki, oyanma mərhələsində ağız suyu axmağa başlayır və xəstə, öz ağız suyunu belə uda bilmir. Buna görə də, orqanizm susuzlaşır. Xəstədə həyəcanlama 3-6 gün davam edir. Və bu müddətdə ürək dayanmasa, xəstəlik 3-cü mərhələr iflic mərhələsinə keçir.

  3. İflic dövründə xəstə sakitləşir. Qorxu və digər narahatlıq hissləri keçir və yemək yeməyə başlayır. Ancaq eyni zamanda süstlük müşahidə edilir. Və yavaş-yavaş bütün orqanları iflic olur. Hərarəti 42 dərəcəyə qədər arta bilir. Bu dövr, 18-20 gün davam edə bilər. Xəstə, ürək və tənəffüs sisteminin iflici nəticəsində dünyasını dəyişir.

Həkim qeyd edir ki, quduza yoluxmamaq üçün küçə heyvanları ilə diqqətli olmaq lazımdır. Küçə heyvanları və şübhəli heyvan dişləyən zaman, dərhal həkimə müraciət etmək və iynə vurdurmaq lazımdır. Çünki, quduz xəstəliyi ölümcül xəstəlikdir.

Qeyd edək ki, quduzluğun peyvəndi 1886-cı ildə aşkar edilib.

İlahin, Bizimyol.info

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Boş verin heykəlləri-filan...
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Böyük Britaniya Rusiyanın qonşuluğuna ordu toplayır
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Eldar Həsənova hökm oxunub
Son xəbərlər
Bütün xəbərlər »