Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Ərdoğan Qətərə səfərindən öncə açıqlamalar verib
Prezident Ərdoğan Qətərə səfərindən öncə açıqlamalar verib

Prezident Rəcəb Tayyib Ərdoğan Qətərə rəsmi səfəri öncəsi Türkiyə - Qətər Yüksək Strateji Komitəsinin 7-ci Toplantısındakı iştirakı ilə bağlı açıqlama verib.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident: "2014-cü ildə biz ilk strateji görüşün keçirilməsi istiqamətində addım atdıq, 2015-ci ildə isə birinci görüşümüzü keçirdik.

Qətərlə indiyədək 69 siyasi, hərbi və mədəni sənəd imzalamışıq. Yeni müqavilələr də imzalayacağıq.

Görüşlərimiz zamanı ikitərəfli münasibətlərimizin bütün aspektlərini müzakirə etmək imkanımız olacaq. Türkiyə və Qətər son illərdə qarşılaşdıqları regional çağırışlara güclü şəkildə cavab verən iki ölkədir.

Bildiyiniz kimi Türkiyə-Qətər müdafiə nöqtəsində əsgərlərimizin orada bazası var və biz də bu baza ilə orada işimizi aparacağıq və o yeri ziyarət edərək orada Mehmetçikimizlə birlikdə olacağıq.

Biz Qətərlə yanaşı, Körfəzdəki digər ölkələrlə də əməkdaşlığımızı inkişaf etdirməyə çalışırıq. Türkiyə olaraq heç bir ayrı-seçkilik etmədən Körfəzdəki qardaşlarımızla əlaqələrimizi inkişaf etdirəcəyik.

Biz Körfəz regionunda dialoq qapılarını yenidən açmaq və anlaşılmazlıqları aradan qaldırmaq üçün aparılan diplomatik səyləri alqışlayırıq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »