Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peskov Putinlə Baydenin gözlənilən görüşün gündəliyini açıqlayıb
Peskov Putinlə Baydenin gözlənilən görüşün gündəliyini açıqlayıb

"Rusiya Federasiyası prezidenti Vladimir Putin və ABŞ dövətinin başçısı Co Baydenin dekabrın 7-də keçiriləcək görüşü yayımlanmayacaq. Videoformatda keçiriləcək görüşdən ilk kadrların nümayişi, daha sonra isə liderlər arasında əlaqə bağlanacaq".

Bizimyol.info xəbər verir ki, bu barədə bu gün jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Canlı yayım olmayacaq. Biz görüşün ilk kadrlarını göstərəcəyik. Təbii ki, bunlar yalnız ilk kadrlar olacaq, bundan sonra bütün danışıqlar "bağlı qapılar arxasında" aparılacaq", - Kreml sözçüsü bildirib.

Danışıqların nə vaxt başlayacağı ilə bağlı sualı cavablandıran Peskov deyib: “Moskva vaxtı ilə saat 18:00 radələrində. Biz inanırıq ki, bu, kifayət qədər təfərrüatlı və uzun vaxt sərf olunacaq videokonfrans olacaq", - deyə Rusiya prezidentinin mətbuat katibi bildirib.

O, sammitdə nümayəndə heyətlərinin iştirakı məsələsinə də münasibət bildirib: “Biz bunun birbaşa iki prezidentin söhbəti olacağını nəzərdə tuturuq, prezident Baydenin yanında kimin olacağını deyə bilmərəm. Hər bir ciddi danışıqlardan əvvəl Putin “müvafiq nazirlər, idarə rəhbərləri ilə ünsiyyət qurur. Artıq ikitərəfli münasibətlərimizdə iştirak edən şəxslər Rusiya prezidenti ilə daim əlaqə saxlayırlar”, – Peskov bildirib.

Danışıqların nəticələri barədə Kremlin mətbuat xidməti məlumat verəcək. Peskov videobağlantı vasitəsilə keçiriləcək görüşdən sonra Putinin açıqlamasının gözlənilməyəcəyi sualına mənfi cavab verib. “Biz adətən etdiyimiz kimi bu dəfə də verdiyimiz açıqlamalar verəcəyik. Zərurət yaranarsa, jurnalistlər üçün konfrans təşkil olunacaq, lakin hələlik bu, planlarda yoxdur”, - Kremlin sözçüsü deyib.

Peskov deyib ki, Putin və Bayden Ukrayna ətrafında gərginliyi, NATO-nun Rusiya Federasiyasının sərhədlərinə qədər irəliləməsini və Rusiya liderinin təhlükəsizlik zəmanəti təşəbbüsünü müzakirə edəcəklər. “Cenevrədə əldə edilmiş anlaşmaların necə həyata keçirildiyini müzakirə etmək, nəyin tam şəkildə həyata keçirildiyini görmək lazımdır ki, bu da əlavə səylər tələb edir.

Təbii ki, bunlar kifayət qədər gərgin vəziyyətdə davam edən ikitərəfli münasibətlərdir”, - Kremlin sözçüsü bildirib.

“Sonra məsələləri, yəqin ki, gündəmdə olan “səs-küylü” məsələlər – ilk növbədə, Ukrayna ətrafında gərginlik, NATO-nun sərhədlərimizə doğru irəliləməsi mövzusu, prezident Putinin təhlükəsizlik zəmanətləri ilə bağlı təşəbbüs mövuları da səsləndiriləcək”, - deyə o bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »