Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əfqanıstan xalqı indi də aclıqla üzləşib
Əfqanıstan xalqı indi də aclıqla üzləşib

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Babar Bəluç xəbərdarlıq edib ki, Əfqanıstanda 9 milyon insan mənfi 25 dərəcə selsiyə yaxınlaşan soyuq və “həqiqətən görünməmiş səviyyədə” aclıqla üzləşib.

Bizimyol.info xəbər verir ki, Bəluç"İnsanlar kifayət qədər yeyə bilmirlər və belə görünür" deuyə qeyd edib.

Cümə günü İsveçrənin Cenevrə şəhərində paytaxt Kabildən qayıdan sözçüsü Bəluç deyib ki, qeyri-adekvat izolyasiya edilmiş sığınacaqlar, isti geyim, kifayət qədər qida, istilik üçün kifayət qədər yanacaq və tibbi ləvazimatların olmaması məcburi köçkünlərin üzləşdiyi məhrumiyyətlərdən yalnız bir neçəsidir. "Havanın temperaturun mənfi 25 dərəcəyə düşəcəyi gözlənilsə də, bir çox köçkün ailələrinin adekvat sığınacaqları yoxdur, bu, şiddətli soyuqdan sağ çıxmaq üçün əsas tələblərdəndir", - deyə o bildirib.

Bəluçun sözlərinə görə, təxminən 23 milyon insan və ya əhalinin 55 faizi həddindən artıq aclıqla, 9 milyona yaxın insan isə aclıq təhlükəsi ilə üzləşib. O, Əfqanıstanda apardığı araşdırmalar zamanı “övladları üçün sığınacaq və yemək olmayan tənha anaları və yetim nəvələrinə baxmaq üçün köçkün olan qocaları” xüsusi olaraq müəyyən etdiyini bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »