Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz  falı: 07 dekabr, 2021-ci il – Kimin səmimi olduğu aydınlaşacaq
Ulduz  falı: 07 dekabr, 2021-ci il – Kimin səmimi olduğu aydınlaşacaq

Bizimyol.info 07 dekabr, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Günün əvvəlində intuisiyanıza xüsusi olaraq diqqət yetirməlisiniz. Çətin suallara tez cavab tapmağa, vaxtında düzgün qərarlar verməyə və illüziyaların qurbanı olmamağa kömək edən də məhz bu olacaq. Başqaları ilə münasibətlər nəzərəçarpacaq dərəcədə dəyişə bilər, çünki kimin səmimi olduğu və kimin nəyisə gizlətdiyi tamamilə aydın olacaq. Günün ikinci yarısı biznesdə uğur vəd edir. Mühüm qələbələr qazanmaq şansı danışıq aparmağı bacaranlar üçün yaranacaq. Başa düşəcəksiniz ki, bəzən başqalarının maraqlarına məhəl qoymadan öz mövqelərinizi müdafiə etməkdənsə, güzəştə getmək daha yaxşıdır. Bu vaxt təhsil üçün də əlverişli olacaq. Əvvəllər çox çətin görünən mövzular indi rahatlıqla anlaşılacaq.

Qoç - Bəzi məsələlər vaxtınızı və səylərinizi xərcləməyinizə dəyməz. Onları həyatınızdan silmək əslində vacib işləri görə bilmək üçün cədvəlinizi yenidən tərtib etməyə kömək edəcək. Bu yaxınlarda kədərli anlar yaşayanlar üçün tale bundan sonra daha yaxşı olacağını vəd edir. Kainat sizi sakit və xoş sahillərə aparacaq: sizə lazım olan kömək və dəstək həmişə sizin üçün əlçatan olacaq. Həqiqətən vacib olan işlərə vaxt tapmaq üçün qrafikinizi mütləq dəyişdirin.

Buğa - Biz heç də həmişə müəyyən vəziyyətlərə təsir edə bilmərik, lakin onlara münasibətimizi hər zaman dəyişə bilərik. Bu gün parlamaq lazımdır və bunun üçün səhər saatlarına ciddi şəkildə köklənin. Həyatınıza daha çox sevinc, daha çox optimizm və xeyirxahlıq hətirin. Sonra tale sizi əmin edir ki, iş həftəsi boyunca da inanılmaz uğurlar qazanacaqsınız. Ailə həyatı qurmağı planlaşdıranlar üçün şad xəbər var - bu həftə sizin üçün çox əlverişli olacaq. Bu gün daha çox optimizm və sevinc lazımdır. Sonra hər şey yoluna düşəcək.

Əkizlər - Bəzi şərtləri dəyişdirə bilmərik – bunlar bəzən bizdən asılı olmur. Və əlbəttə ki, digər insanların sizə necə reaksiya verdiyinə (yaxud ümumiyyətlə bizə qarşı laqeyd qalmasına) nəzarət etmək imkanımız yoxdur. Reallıqda sizin şərait üzərində hökm edə biləcəyiniz tək şey ətrafdakıların hərəkətlərinə verəcəyiniz cavabdır. Bu fikri ağlınızda saxlayın və ona uyğun hərəkət edin. Başqalarının düşüncələri, hissləri və gözləntiləri ilə uyğunlaşmağa çalışmayın - uyğun bildiyiniz yolla gedin. Qısası, bu gün başqalarının gözləntilərinin sizin hərəkətləriniz üçün yeganə motiv olmasına imkan verməyin.

Xərçəng - Ağlınız bizi iki dəfə ikinin həmişə dörd olduğuna inandırır. Bu, əlbəttə ki, doğrudur, ancaq yalnız riyaziyyat çətçivəsində. Real həyatın gözlənilməzliyinə görə yuxarıdakı arifmetikanın cavabı eyni ehtimalla 22 və ya 11 ola bilər. Ona görə də şüurunuzun sərhədlərini genişləndirin – dar düşünməyin. Bu gün intuisiyanızın kəskinləşdiyini görə bilərsiniz. Taleyiniz xəyallarınızda və ondan kənarda gördüyünüz işarələrə və simvollara etibar etməyi tövsiyə edir. Bu gün ağlınızdan çox intuisiyanıza etibar etməlisiniz.

Şir - Bir hadisəni dəfələrlə beyninizdə təkrarlaya bilərsiniz və hər dəfə orada sizi qəzəbləndirəcək yeni bir şey tapacaqsınız. Amma nahaq yerə. Keçmişin üzərində israrla dayanmağın mənası yoxdur. Nə olursa, olsun, bu vəziyyətə münasibətinizi yenidən düşünməlisiniz. Tale yenidən doğulacağınızı göstərir. Unutmayın ki, sevgidən başqa hər şey bir illüziyadır. Keçmişdə dayanmayın və yeniliklərə açıq olun.

Qız - Hər birimizin üstünlük verdiyimiz sevgi dili və ona dəstək olan hərəkətlərimiz var. Pərəstiş etdiyiniz şəxsə təkrar-təkrar baxmaq gözəl olsa da, bir baxışla bir insana onun sizin üçün nə qədər vacib olduğunu çatdırmaq həmişə mümkün olmur. Yaxşı olar ki, bu gün fikir və hisslərinizi çatdırmaq üçün başqa yollar düşünməyə cəhd edəsiniz. Sevgi və sevinc toxumlarını səpməyin vaxtıdır.

Tərəzi - Deyəsən, eyni səhvi təkrarən yenidən etmisiniz. Sevginizə layiq olmadığını dönə-dönə sübut etdiniz, amma öz qəlbinizi dinləməkdən imtina etdiniz. Özünüzü qiymətləndirməyə, sərhədlərinizi təyin etməyə və onları var gücünüzlə qorumağa başlamağın vaxtıdır. Sadəcə olaraq, prosesə çox bağlı olmamağa çalışın və dəmir nizam-intizamı tətbiq etmədən yola davam edin. Rəsmiyyəti azaldın, oyunlar və zarafatlar üçün də bir az yer saxlayın. Sizin üçün yaxşılıq etməyəcəyini dəqiq bildiyiniz insanlara yaxşılıq etmək üçün vaxtınızı və enerjinizi sərf etməyin.

Əqrəb - Ruhunuzun bir hissəsi daha çox işləmək zərurəti üzərində israr etsə də, başqa bir hissəsi bir dairədə boyunca təkrar-təkrar qaçdığınıza işarə edir. Siz bu gün ikinci hissinizə diqqət yetirməklə özünüzə yaxşılıq etmiş olarsınız. Özünüzə bir neçə sual verin: Fəaliyyətimə daha çox sevinc gətirmək üçün nə etməliyəm? Daha yaxşı bir insan olduğuma əmin olmaq üçün özümü hansı problemlə sınaya bilərəm? Mənim hansı inanclarım köhnəlib və onlara yenidən baxmağım lazımdır? Tapdığınız cavablar rutin həyatınızı dəyişməyə, ona yeniliklər gətirib rəng qatmağa kömək edəcək. İstənilən işi sevinclə görmək olar. Sadəcə, ona bir az oyun elementləri əlavə etmək lazımdır.

Oxatan - Biz hamımız zaman-zaman güzəştlərə getməli oluruq. Münasibətlər məhz belə başlayır və inkişaf edir. Ancaq güzəştə gedən tək sizsinizsə, deməli, əsl problemlə üz-üzə qalmısınız. Tam əks-uyğunlaşma daha yaxşı variant deyil. Bu gün münasibətlərdə tarazlıq haqqında düşünməyə vaxt ayırmağınız pis olmaz. Əgər bir şey sizi narahat edirsə, bunu tərəfdaşınızla müzakirə edin. Münasibətinizdə balansı geri qaytarmalısınız. Birtərəfli güzəştlərin sonu münaqişə olur.

Oğlaq - Biz maddi rifahımızdan və əmlakımızdan möhkəm yapışmağa meylliyik, çünki bir gün bütün resurslarımızın tükənəcəyindən qorxuruq. Bununla belə, 99 faiz hallarda bu, sadəcə, bir illüziyadır. Odur ki, düşüncə dairənizi bir qədər genişləndirin. Diqqətinizi “mənim”dən “bizim”ə yönləndirin. Başqaları ilə paylaşmağa diqqət yetirmək gələcəyinizə etdiyiniz yatırım kimi bir şey olacaq. İnanın ki, verdiyiniz hər şey sizə dəfələrlə artıqlaması ilə geri qayıdacaq. Maddi rifahınız üçün narahat olmayın. Hər şey yaxşı olacaq.

Dolça - Həyatımızdakı “qara zolaq”ların ən yaxşı və israrlı insanlar üçün də çətin sınaq olduğu sübut olunub. Ancaq siz nəinki bu qolağı ötüb keçmək, hətta onun boyunca rəqs etmək üçün də bir yol tapa bildiniz. Sizi sevinc və bolluq dövrü gözləyir. Tezliklə səyləriniz istədiyiniz nəticəni verəcək və sizi əsl məqsədinizə yaxınlaşdıracaq. Bəziləri işdə sıçrayış və xaricə köçmək imkanını qazanacaq. Məqsədinizə doğru böyük addımlar atmağın vaxtıdır. “Qara zolaq” arxada qaldı.

Balıq - Fikir və hisslərinizi hər kəsdən gizlətməyə məcbur olduğunuz dövr çoxdan geridə qalıb. Nəhayət, doya-doya yaşaya bilərsiniz. Bu, sakitlik və sabitlik dövrüdür, ona görə də istirahət edin və əylənin. Özünüz kimi olmağa çalışın. Təbii halınız başqalarının daha çox xoşuna gəlir.

Son xəbərlər
Bütün xəbərlər »