Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maska taxmağı unudan baş nazir üzr istədi
Maska taxmağı unudan baş nazir üzr istədi

Mağazalardan birinə daxil olan zaman maska taxmağı unudan baş nazir üzrxahlıq dolu paylaşım edib.

Bizimyol.info xəbər verir ki, maskasız mağazaya daxil olması ilə medianın gündəminə düşən Danimarkanın Baş naziri Mette Frederiksen, öz sosial media hesabında üzrxahlıq dolu paylaşım edib. O, paylaşımda qeyd edib ki, yeni qaydalar tətbiq olunandan sonra bunu etməyi unudub.

“Dünən Kopenhagendə mağazada olarkən maska taxmağı unutdum. Bunu bir vətəndaş lentə aldığı üçün xəbər oldu. Bilirəm ki, bu, tək mənim yox, hər birimizin başına gələ bilər. Buna görə də, əlbəttə ki, üzr istəyirəm və virusun yayılmasının qarşısını almaq üçün gördüyümüz hər şeyə görə hamıya bir daha təşəkkür etmək istəyirəm”,-deyə bildirib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »