Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban harada kəsilməlidir? – İlahiyyatçıdan açıqlama
Qurban harada kəsilməlidir? – İlahiyyatçıdan açıqlama

Müsəlmanların ən ali ibadətlərindən biri də qurban kəsməkdir. Bu qurbanların kəsilmə məkanı insanların istəklərindən asılı olaraq dəyişir. Kimisi öz həyətində, kimisi hansısa ziyarətgahda kəsilməsinə üstünlük verir. Lakin böyük əksəriyyət hesab edir ki, qurban kəsmək üçün ziyarətgaha getmək mütləqdir.

Bəs görəsən, həqiqətənmi şəxsi mülkdə və ya ziyarətgahda kəsilən qurban arasında fəqr var?

İlahiyyatçı Ağa Hacıbəyli Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, önəmli olan Allaha verdiyiniz daxili, qəlbinizin sözünü yerinə yetirmiş olmağınızdır.

İlahiyyatçı Ağa Hacıbəyli İlahiyyatçı Ağa Hacıbəyli

“Təbii ki, əsl qurban həcdə kəsilər. Hacılar həcdə olduğu zaman onların kəsdiyi qurban vacib qurban sayılır. Bir də adaq yəni, nəzir qurbanları var. Məsələn, bir nəfər arzu edir ki, oğlu əsgərə getsin və sağ-salamat gəlsin. Oğlu sağ-salamat gəldikdən sonra qurban kəsir və onu yeməmək şərti ilə qohum, qonşu, fəqir-füqəraya paylayır. Bəzi insanlar da var ki, deyir ki, mən qurbanımı filan ocaqlarda və yaxud bəlli bir yerdə kəsməliyəm.

Ümumiyyətlə pir kimi yerlərdə kəsilən qurbanların tək amalı, qayəsi var. Bu da ondan ibarətdir ki, möhtac, ehtiyacda olanlar bu yerlərə daha çox üz tuturlar. İmkanlı, zəngin insanlar da burada kəsib, paylayırlar ki, həmin ehtiyacda insanlara çatdırılsın.

Allah tərəfindən qəbul olunması üçün qurbanı evdə də kəsə bilərsən, bəlli bir yerdə də. Bunnun heç bir fərqi yoxdur. Önəmli olan Allaha verdiyiniz daxili, qəlbinizin sözünü yerinə yetirmiş olmağınızdır.

Qurani-Kərimdə də söylənilir ki, “kəsdiyiniz heyvanın əti, qanı Allaha çatmaz. Sizin içinizdəki ruh, qəlbinizdəki dirilik, sevgi Allaha çatar”. Qurbanda əsas hədəf və qayə bundan ibarətdir”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Ərdoğandan Sezen Aksuya sərt sözlər: “Uzanan dilləri qoparmaq vəzifəmizdir”
››› Kremlin aşpazı Putinin yemək sirlərini açıqlayıb
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Böyük Britaniya Rusiyanın qonşuluğuna ordu toplayır
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
Son xəbərlər
Bütün xəbərlər »