Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ziyarətgahda ağlasığmaz “qayda”: “İnsanların dini duyğularının ticarətini etməyək”
Ziyarətgahda ağlasığmaz “qayda”: “İnsanların dini duyğularının ticarətini etməyək”

Tanınmış fəal Elyar İslamoğlu Mir Mövsüm Ağa ziyarətgahın Mir Mövsüm Ağa ziyarətgahında qurban kəsmək istəyən insanlara süni menələr yaradılması barədə məlumat paylaşıb. Məlumatda bildirilir ki, onun yaxınları Mirmövsüm ağa ziyarətgahına qurbanlıq aparıblar, lakin Hacı Nizam adlı şəxs aparılan qurbanlığı orda kəsməyə icazə verməyib. Səbəb kimi isə deyib ki, burada yalnız ziyarətgahda saxlanılan qoyunlar qurban kəsilə bilər.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, çalışmaq lazımdır ki, insanların dini duyğularının ticarətini etməyək.

İlahiyyatçı Ağa Hacıbəyli İlahiyyatçı Ağa Hacıbəyli

“Ölkəmizdə və yaxud dünyada insanlar hansısa yanlışlara yol verirlərsə, bu, dinin günahı deyil. Bizim əsas vəzifəmiz insanlarımızı maarifləndirməkdir. İnsanlar bir müsəlman kimi ibadətləri, üstlərinə düşən vəzifələri düzgün bilsələr, onları heç kim aldada bilməz. Adamlar bilmir, bilgisizdir və bu sahədə məlumatları yoxdur deyə müəyyən yerlərdə insanları aldadırlar. Əsas odur ki, müsəlman öz dininin hökmlərini, ehkamlarını dərindən bilməlidir. Özəlliklə qurban məsələsi Hz. Adəmin evindən başlanan bir ibadətdir və qiyamətə kimi gedir.

Mir Mövsüm Ağa ziyarətgahının sədri Hacı Nizam Həbiboğlu Mir Mövsüm Ağa ziyarətgahının sədri Hacı Nizam Həbiboğlu

Çalışmaq lazımdır ki, insanların dini duyğularının ticarətini etməyək. Bir insan qurban kəsib Allaha yaxınlaşmaq, bir fəqiri sevindirmək istəyirsə, ona şərait yaratmaq lazımdır. Nəinki onlara əngəl yaradıb yollarını daraltmaq, qapatmaq. Bu həqiqətən naxoş haldır və olmasa, daha gözəl olar”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »