"Yaponiya KXDR lideri Kim Çen Inla ilkin şərt olmadan əlaqə saxlamağa hazırdır".
Bizimyol.info xəbər verir ki, baş nazir Fumio Kişidanın səsləndirdiyi bu sözlər Parlamentin aşağı palatasının saytında yayımlanıb.
"Mən şəxsən heç bir şərt qoymadan Kim Çen Inla birbaşa əlaqə saxlamağa hazıram. Uğursuz keçmişin üstündən xətt çəkmək və Yaponiya ilə Şimali Koreya arasında münasibətləri normallaşdırmağa çalışmaq lazımdır", - deyə Kişida bildirib.
O, 1970-1980-ci illərdən KXDR-də zorla saxlanılan Yaponiya vətəndaşlarının probleminin həlli üçün bütün səy göstərəcəyini, o cümlədən digər ölkələrlə əməkdaşlıq edəcəyini vəd edib.
Bizimyol.info