Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan və Türkiyə arasında ticarət milli valyutalarla aparıla bilərmi?
Azərbaycan və Türkiyə arasında ticarət milli valyutalarla aparıla bilərmi?

Dünya ölkələri arasında iri ticarət əlaqələri ABŞ dolları ilə aparılır və hazırda Türkiyənin pul vahidi olan lirə sürətlə dəyərdən düşür. Bu günə olan məzənnəyə görə 1 ABŞ dolları 13,6679 TL-dir.

Bəs iki qardaş ölkə olan Türkiyə və Azərbaycanın münasibətlərini nəzərdən keçirsək, biz milli valyutalarımızla ticari əlaqələri həyata keçirə bilərikmi?

İqtisadçı Natiq Cəfərli bildirir ki, bu cür ticari əlaqələrdə risklər daha çoxdur.

Natiq Cəfərli Natiq Cəfərli

“Çünki Azərbaycan, manatı 4 ilə yaxındır ki, inzibati qaydada sabit saxlanılır. Yəni bizdə inzibati məzənnə rejimidir və dəyişmir. Ən azından dollara qarşı dəyişmir. Dünyada dolların avroya və digər valyutalara olan nisbətini nəzərə almaqla manatın digər valyutalara məzənnəsi müəyyənləşdirilir. Amma Türkiyədə son aylar həddindən artıq ciddi oynaqlıq, lirənin dəyərdən düşməsi var. 2018-ci ildə 1 dollar 4 lirə 26 quruş idi, indi isə 1 dollar 14 lirəyə yaxınlaşıb. Bu səbəbdən də sabit məzənnə rejimi olmayan, oynaqlıq olan ölkələrdə milli valyutalarla ticarət etmək risklidir və heç kim bu riski öz üzərinə götürmək istəmir.

Bunun yalnız iki yolu var. Birincisi, sığorta şirkətlərinin bu riskləri sığortalamasıdır. Amma bu çox böyük risk olduğu üçün düşünmürəm ki, hansısa sığorta şirkəti buna getsin. İkinci yol isə dövlət zəmanətidir. Məsələn, Azərbaycan və Türkiyə dövlətləri bir illik zəmanət verirlər ki, oynaqlıq zamanı iş adamlarının itirə biləcəyi məbləği dövlət qarşılayacaq. Bu zaman manat və lirə ilə ticarət dövriyyəsinin artması imkanları yarana bilər”.

İqtisadçının sözlərinə görə, burada bir önəmli məsələ də var ki, Azərbaycanın Türkiyəyə satdığı məhsullar arasında ən böyük yeri təbii qaz və neft məhsulları tutur. Bu isə dollarla müəyyənləşdirilir. “Yəni, müqavilələr uzunmüddətlidir və dollarla bağlanır. Ona görə də biz istəsək belə, o müqavilələrin manata, lirəyə çevrilməsi mümkünsüzdür. Çünki Azərbaycanın ticarət, müqavilə tərəfdaşları var. TANAP və TAP, Cənub qaz dəhlizi layihəsində 7 xarici şirkət iştirak edir və oraya investisiya qoyublar. Onların bütün gəlirləri, çıxarları dollar üzərindən hesablanır. Ona görə də bu çox çətin prosesdir. Amma gələcəkdə ola bilər ki, regional valyutalar məsələsi gündəmə gəlsin. O zaman dolların nüfuzunun və dövriyyəsinin azalması ilə bağlı müəyyən qərarların alınması mümkün olsun”.

Leyla Mirzə

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »