Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu qətərli həmkarı ilə regional əlaqələri müzakirə edəcək
Çavuşoğlu qətərli həmkarı ilə regional əlaqələri müzakirə edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərə səfər edib.

APA-nın xəbərinə görə, bu barədə nazir özünün twıtter səhifəsində paylaşım edib.

M.Çavuşoğlu Qətərin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd Abdulrahman əl-Sani ilə görüşərək sabah keçiriləcək Türkiyə-Qətər 7-ci Yüksək səviyyəli Strateji Komitə toplantısının hazırlıqlarını müzakirə etmək üçün Dohaya getdiyini bildirib.

Türkiyənin Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş çərçivəsində hazırda əlaqələri yüksək səviyyədə olan Türkiyə ilə Qətərin münasibətlərinin daha da inkişaf etdirilməsi üçün indiyədək iki ölkə arasında qəbul edilən müqavilə və razılaşmaların tətbiqi nəzərdən keçiriləcək, müzakirələr aparılacaq.

Bundan başqa hər iki tərəf regional və beynəlxalq əlaqələrlə bağlı da fikir mübadiləsi aparacaq.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »