Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ankara Ukraynaya “Bayraktar” satmasını Moskva ilə Kiyev arasındakı gərginliklə əlaqələndirmir
Ankara Ukraynaya “Bayraktar” satmasını Moskva ilə Kiyev arasındakı gərginliklə əlaqələndirmir

“Türkiyənin "Bayraktar" pilotsuz uçan aparatlarının Ukraynaya tədarükü Moskva və Kiyev arasındakı gərginliklə əlaqəli deyil”.

APA bildirir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir “Milliyet” qəzetinə müsahibəsində bildirib.

İsmayıl Dəmir bildirib ki, Ukraynaya pilotsuz uçan aparatlarının (PUA) bir partiyasını artıq satıblar:

“Amma elə bir şey yoxdur ki, biz indi Rusiya ilə gərginlik olanda Ukraynaya PUA satırıq. Satılan partiya ilə bağlı əvvəldən danışılan razılaşmalar olub. Ukraynanın bununla bağlı müəyyən istehsal və investisiya layihələri var idi.

Bunun son hadisələrlə əlaqəsi yoxdur. Türkiyənin Rusiya ilə gərginliyə görə Ukraynaya PUA göndərməsi fikri olmamalıdır”.

İsmayıl Dəmir onu da vurğulayıb ki, Ankara və Moskvanın müdafiə sənayesində, o cümlədən Türkiyənin TF-X qırıcısının yaradılmasında bir çox əməkdaşlıq nöqtələri var.

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Boş verin heykəlləri-filan...
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Yas məclisi təşkil edən polis rəisinə yumruq vurub
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Eldar Həsənova hökm oxunub
Son xəbərlər
Bütün xəbərlər »