Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə leysan nəticəsində evləri su basıb, qaya parçaları yolları bağlayıb
Türkiyədə leysan nəticəsində evləri su basıb, qaya parçaları yolları bağlayıb

Türkiyədə Muğla bölgəsinə aid Bodrum və Marmarisdə leysan yağışlar nəticəsində bəzi məhəllələri su basıb.

APA bildirir ki, leysan nəticəsində Mazı Məhəlləsində dərə daşıb və qaya parçaları yollara aşaraq, hərəkəti dayandırıb. Bölgədəki əkin əraziləri də su altında qalıb.

Səlahiyyətli şəxslər evlərin leysan sularından təmizləməyə, yolları açmağa başlayıblar.

Son xəbərlər
Bütün xəbərlər »