Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə terror aktının qarşısı alınıb
Türkiyədə terror aktının qarşısı alınıb

Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda terror aktının qarşısı alınıb.

Bizimyol.info xəbər verir ki, "haberglobal"ın verdiyi məlumata görə, prezidentin mitinq-görüşü öncəsi polisə ərazidə bomba olması barədə məlumat daxil olub. Nusaybindəki Polis Alayında xidmət edən zabitlərdən birinin şəxsi avtomobilinin altına yerləşdirilən əl bomba tapılaraq zərərsizləşdirilib. Bildirilir ki, bomba üzərindəki əl izləri götürülüb və digər sübutlarla birlikdə cinayətkarın axtarışına başlanılıb.

Məqsəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Siirt şəhərində keçirilən mitinqdə terror aktı törətmək olub.

Qeyd edək ki, Mardin və Siirt qonşu vilayətlərdir. Ehtimala görə, avtomobilinin altına bomba yerləşdirilmiş zabit Siirtdəki mitinqin təhlükəsizliyinə təhkim olunmuş şəxslərdən biridir.   Terror təşkilatçıları da bundan məlumatlı olublar.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »