Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstan bir gündə ikinci dəfə zəlzələ olub
Gürcüstan bir gündə ikinci dəfə zəlzələ olub

Seysmik Monitorinq Mərkəzinin saytı xəbər verir ki, bu gün Gürcüstanın qərbindəki Svaneti yüksək dağlıq rayonunda Mestia şəhərindən 31 kilometr aralıda 3,6 bal gücündə zəlzələ baş verib.

Bizimyol.info Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 18:36-da qeydə alınıb. Hiposentr 1 kilometr dərinlikdə yerləşirdi.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Bu, Gürcüstanda bir gündə ikinci zəlzələdir. Yerli vaxtla saat 14:01-də Gürcüstanın cənubundakı Sameba kəndindən 7 kilometr aralıda 3,1 bal gücündə zəlzələ baş verib.

Gürcüstan orta seysmik aktivliyə malik ölkədir. Gürcüstanda qeydə alınan ən güclü zəlzələ 7,0 bal gücündə 1991-ci ildə Raça və İmereti (Qərbi Gürcüstan) bölgələrində baş verib. Episentrdə intensivlik 9 bal olub. Bu zəlzələ 200-ə yaxın insanın ölümünə səbəb olmuş, 46 minə yaxın ev və 1000 sənaye obyekti dağılmışdır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »