Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qaz sızması nəticəsində partlayış olub, 14 yaşlı şagird xəsarət alıb
Qaz sızması nəticəsində partlayış olub, 14 yaşlı şagird xəsarət alıb

Lənkəranda evdə qaz sızması nəticəsində partlayış baş verib. Hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran Şəhər Xarici Dillər Təmayüllü Gimnaziyanın şagirdi 2007-ci il təvəllüdlü Orxan Əskərov hamam otağına daxil olduqdan sonra işığı yandıran zaman partlayış olub. Hadisə nəticəsində O. Əsgərov ağır dərəcəli yanıq xəsarətləri alıb.

Yeniyetməyə ilkin tibbi-yardım göstərildikdən sonra təcili-tibbi yardım vasitəsi ilə Bakı şəhərinə gətirilərək 5 saylı Şəhər Kliniki Xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib.(apa)

Son xəbərlər
Bütün xəbərlər »