Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran prezidenti Rəisi Madura ilə telfonla danışıb
İran prezidenti Rəisi Madura ilə telfonla danışıb

Ayətullah Doktor Seyid İbrahim Rəisi bu gün Venesuela prezidenti Nikolas Maduro ilə telefon danışı.

Bizimyol.info xəbər verir ki, bu barədə İRNA məlumat verib.

O, Venesuelanı İranın strateji tərəfdaşı adlandırıb: "İranın yeni hökumətində iki ölkə arasında mövcud əlaqələr artırılmalıdır", deyə qeyd edib.

Prezident İran və Venesuelanın yüksək potensialına toxunaraq deyib ki, Tehran və Karakas arasında əlaqələrin inkişafı xüsusilə ticarət və iqtisadi məsələlərdə zərurətdir.

Ayətullah Rəisi Allaha, məmurların və xalqın səyi sayəsində tərəqqi yolunu davam etdirəcələrini bildirib: "Bu telefon danışığı əlaqələrin inkişafı üçün iki ölkə arasında dönüş nöqtəsi ola bilər və ticari-iqtisadi əməkdaşlıq daha da güclənə bilər”.

Prezident Venesuelada seçkilərin uğurla keçirilməsini təbrik edərək deyib: Sizin seçkilərin keçirilməsində uğurunuz Venesuela hökumətinin nüfuzundan xəbər verir.

Venesuela prezidenti Nikolas Maduro telefonla danışığı zamanı Venesuelada keçirilən seçkilərə toxunaraq deyib: "İmperializmin bizə tətbiq etdiyi təhdid və hücumlara baxmayaraq, biz xalqımızın səyləri ilə daxili sülhü qoruya bildik".

İki ölkə arasında iqtisadi əlaqələrdə yeni dinamizmin yaradılmasının vacibliyini vurğulayan Venesuela Prezidenti iki ölkə arasında birgə komissiyaların iclaslarının yaxşı nəticələrinə işarə edib: "Biz OPEC-in neft bazarında davamlı sabitliyə nail olması üçün çalışmalıyıq".

"İran və Venesuela arasında çoxlu birgə fəaliyyət sahələri var və mən çox nikbinəm ki, birgə komissiyaların köməyi ilə biz yeni sazişlər bağlaya bilərik", - Venesuela prezidenti bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »