Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Putin və Zelenski arasında dialoq təşkil edə bilər
Türkiyə Putin və Zelenski arasında dialoq təşkil edə bilər

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentləri arasında dialoq təşkil edə bilər".

Bizimyol.info xəbər verir ki, bu fikri Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Anadolu agentliyinə müsahibəsində bildirib.

“Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri var. Biz bu iki ölkə arasında heç bir münaqişə olmasını istəmirik. Gərginliyi azaltmaq üçün əlimizdən gələni etməyə hazırıq. Bir çox Qərb ölkələrinin Rusiya ilə konstruktiv birbaşa əlaqələri yoxdur, lakin Türkiyənin bu xüsusi mövqeyi var. Əlbəttə ki, hər iki tərəf buna müsbət yanaşarsa, Türkiyə vasitəçi rolunu oynaya bilər. Prezidentimiz Putinlə Zelenski arasında görüş təşkil etməsi istiqamətində konstruktiv addım ata bilər”, - deyə Ərdoğanın sözçüsü bildirib.

"Biz Donbass da daxil olmaqla regionda hərbi münaqişəyə və müharibəyə səbəb olacaq proseslərə qarşıyıq, bunu həmişə bəyan etmişik. Gərginliyin azaldılması üçün bütün tərəflərin müəyyən məsuliyyət sahələri var. Rusiyanın da, Ukraynanın da atmalı olduğu addımlar var. Eyni zamanda NATO və Qərb bloku ölkələrinin də atmalı olduğu addımlar var. Yəni bu, təxribatlarla gərginliyin artması prosesinə çevrilməməlidir”, - deyə Ərdoğanın sözçüsü bildirib.

"Münaqişə olarsa, hamı zərər çəkəcək, Ukrayna artıq bu son münaqişələrdən böyük zərər çəkib. Donbassda minlərlə insan əziyyət çəkib, ona görə də biz gərginliyin azaldılması üçün bütün addımları dəstəkləməyə hazırıq. Əgər Türkiyə vasitəçi rolunu oynayarsa və ya bu prosesin təşəbbüskarı olsa, o zaman prezidentimiz məmnuniyyətlə bu vasitəçiliyi məmnuniyyətlə edə bilər”, - deyə o əlavə edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »