Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden və Putin dekabrın 7-də videokonfrans formatında danışacaqlar
Bayden və Putin dekabrın 7-də videokonfrans formatında danışacaqlar

ABŞ prezidenti Co Bayden və Rusiya lideri Vladimir Putin çərşənbə axşamı, dekabrın 7-də videokonfrans formatında danışıq aparacaqlar.

Bizimyol.info xəbər verir ki, bu barədə şənbə günü "Reuters" agentliyi Ağ Evin sözçüsünə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Bayden Putinlə Ukrayna ətrafındakı vəziyyəti müzakirə etməyi gözləyir. Xüsusilə, Amerika lideri Rusiyanın Ukrayna ilə sərhədlər yaxınlığında hərbi fəaliyyətindən, həmçinin Vaşinqtonun Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməsindən narahatlığını bəyan etməyi planlaşdırır. Bayden geniş spektrli digər məsələləri də həll etmək niyyətindədir.

Ağ Ev hələlik TASS-ın bu məlumatı təsdiqləmək sorğusuna cavab verməyib.

Daha əvvəl Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib ki, prezidentlər videobağlantı vasitəsilə görüş zamanı ikitərəfli münasibətləri, beynəlxalq gündəmdəki aktual məsələləri, o cümlədən Əfqanıstan, İran, daxili Ukrayna böhranı, Liviya və ola bilsin, Suriyanı müzakirə edəcəklər. Bundan əlavə, Uşakov əlavə edib ki, liderlər strateji sabitlik üzrə dialoqun gedişatını müzakirə edəcəklər və şübhəsiz ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sammitinin keçirilməsi ilə bağlı Rusiyanın təşəbbüsünün həyata keçirilməsi mövzusuna toxunacaqlar.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »