Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ əfqan qaçqınlarına 7 milyard dollar yardım verəcək
ABŞ əfqan qaçqınlarına 7 milyard dollar yardım verəcək

ABŞ əfqan qaçqınlarına əlavə 7 milyard dollar ayıracaq. Müvafiq qanunu prezident Co Bayden imzalayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Vəsait Amerika hərbçiləri ordan getməzdən əvvəl ölkədən “evakuasiya edilmiş” Əfqanıstan vətəndaşlarına veriləcək.

Gələn il fevralın 18-dək pul ayrılacaq. Sentyabrda eyni məqsədlər üçün 6,3 milyard dollar ayrılıb.

Cümə axşamı ABŞ Konqresinin hər iki palatası federal hökumətin 2022-ci il fevralın 18-dək müvəqqəti maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Maliyyələşmənin uzadılması ilə bağlı prezidentin oktyabrın 1-də imzaladığı əvvəlki qərarın müddəti cümə günü başa çatıb. Əvvəlki 2021-ci maliyyə ili ABŞ-da sentyabrın 30-da başa çatıb, lakin qanunvericilər gələn il üçün tam büdcə ilə bağlı hələ razılığa gəlməyiblər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »