Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
Tapdığı 2 milyonluq  boyunbağını sahibinə qaytardı, təhqir olundu

Bursada avtomobil satıcısı işləyən Rıfat Aybey yolda daşlı boyunbağı tapıb. Tapdığı boyunbağının həqiqi və ya saxta olduğunu öyrənmək üçün onu zərgər dostuna göstərib. Müayinədən sonra boyunbağında 53 ədəd 7,8 karatlıq brilyant olduğu və dəyərinin 2 milyon lirə olduğu müəyyən edilib.

Bizimyol.info xəbər verir ki bu barədə "haberturk" məlumat verib.

Tapdığı boyunbağının sərvət dəyərində olduğunu öyrənən Aybəy nömrəsini Kapalıçarşıdakı zərgərlərə və boyunbağı tapdığı yerdəki dükan sahiblərinə qoyub və boyunbağını itirən birinin ona yönləndirilməsini istəyib.

Bir neçə gün sonra onunla boyunbağının sahibi olduğunu deyən biri nəfər əlaqə saxlayıb. Boyunbağının ona məxsus olduğunu müəyyən etmək üçün bir az yubadıb. Həmin şəxs olduğunu anlayanda boyunbağını təhvil verib. Boyunbağının sahibi isə Aybəyə heç bir hədiyyə verməyib və boyunbağını gec verdiyi üçün azarlayıb.

Jurnalistlərin telefonla əlaqə saxladıqları boyunbağının sahibinə, “təşəkkür olaraq hədiyyə verdinizmi?” sualına “yox, niyə verək, öz əşyamızdır?” deyərək telefonu qapatdıb. Nümunəvi davranış sərgiləyən qalereyaçı həmkarları tərəfindən göstərdiyi dürüstlüyə görə təbrik edilib. Rıfat Aybey boyunbağının sahibini tapmaq üçün cibindən 500 lirə xərclədiyini bildirən : "Yol kənarında bir şeyin parıldadığını gördüm. Gördüm boyunbağıdır zərgərə göstərib həqiqətən dəyərli olduğunu öyrənəndən sonra ətrafdakı ticarətlə məşğul olan insanlara vəziyyəti izah edib, sahibi buralarda soraqlayarsa, mənimlə əlaqə saxlamaları üçün telefon nömrəmi verdim.

Aybəy deyib ki, əvvəlcə bunun doğru olduğunu başa düşmədim: "Bunu bir zərgər dostuma göstərdim. O, mənə boyunbağının 2 milyon lirə dəyərində olduğunu dedi. Boyunbağının üzərində 53 daş var idi.

Sahibi tapıldı, boyunbağı tapdığım yeri tam doğrü təsvir eymədiyi üçün əvvəl tərəddüd etdim. Adama daha bir neçə sual verdim, həqiqətən əşyanın ona məxsus olduğuna əmin olandan sonra boyunbağı ona verdim. O da boyunbağı götürb dedi ki, sabah dükanıma gələcək. O gedən getdib, nə gələn var, nə gedən. Mənə heç bir hədiyyə də vermədi. Mənə dedi: "Onsuzda bunu mənə verməli idin, çünki bu, sertifikatlaşdırılıb. İstəsən də onu sata bilməzdin" kimi sözlər deyəndə heyrətləndim. Məndən soruşdu ki, niyə brilyant alverçilərinə göstərdin? Dedim ki, onu göstərdim ki, görək həqiqidir, yoxsa yox. Təşəkkür əvəzinə mənə ağır sözlər dedi", -deyə Aybəy bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »