Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elon Musk-dan "Siyasətçilər üçün yaş senzi" təklifi
Elon Musk-dan "Siyasətçilər üçün yaş senzi" təklifi

"SpaceX"in qurucusu və "Tesla"nın baş direktoru İlon Mask dövləti idarə edən siyasətçilər üçün yaş məhdudiyyəti qoymağı təklif edib.

Bizimyol.info xəbər verir ki, Elon Musk öz sosial media hesabındakı paylaşımında mövzu ilə bağlı heç bir siyasətçinin adını çəkməsə də, "Twitter" istifadəçiləri onun hazırda ABŞ-ın prezidenti olan 79 yaşlı Co Baydeni nəzərdə tutduğunu iddia ediblər.

Mask bəyan edib ki, namizəd olmaq istəyən siyasətçilərin yaşı 70-dən aşağı olmalıdır: “Siyasi vəzifəyə namizəd olmaq üçün yaş məhdudiyyəti qoyaq, 70-dən aşağı rəqəm ola bilər”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »