Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ "Taliban"ın qadınlarla bağlı fərmanını alqışlayır
ABŞ "Taliban"ın qadınlarla bağlı fərmanını alqışlayır

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Uest Talibanın qadının məcburi nikaha daxil edilə bilməməsi ilə bağlı fərmanını alqışlayıb. O, cəmiyyətin bütün sahələrində qadnların hüquqlarının təmin edilməsi üçün daha çox iş görülməli olduğunu qeyd edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Thomas Uest "Twitter" səhifəsində yazıb.

"Bundan əvvəl “Taliban” hərəkatının lideri Haybətullah Axundzadə "qadın Əfqanıstanda mülk deyil və ona məcburi ərə verilə bilməz", - deyə vacib bir fərman verib. Axundzadə təşkilatlara, ilahiyyatçılara və ağsaqqallara qadınların hüquqlarını təmin etmək üçün “ciddi tədbirlər görməyi” tapşırıb. Qadının kiminlə ailə həyatı quracağına qərar vermək hüququnu gücləndirən bugünkü (3 dekabr) fərmanı alqışlayırıq. Eyni zamanda, təhsil, iş, siyasət və media daxil olmaqla, Əfqanıstan cəmiyyətinin bütün sahələrində qadınların hüquqlarının daha çox təmin edilməsi problem olaraq hələ də qalır", - deyə xüsusi nümayəndə qeyd edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »