Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tarif Şurası gecə növbəsində, deputatı qış yuxusunda - Mən belə ölkənin nəyindən küsüm?..
Tarif Şurası gecə növbəsində, deputatı qış yuxusunda - Mən belə ölkənin nəyindən küsüm?..

Uzun müddətdir ki, Milli Məclisi deputat adı ilə zəbt edənlərin fəaliyyətini izləyirdim. Avtomobil arzusu, ev istəyi, kirayə pulu tələbi və s. fonunda özünü "millət vəkili" adlandırıb milləti düşünməyən şəxslərin o məclisdəki funksiyasının nədən ibarət olduğunu düşünürdüm. Ta ki, dünənki iclasa qədər.

Dünən Milli Məclisin iclasında “Dövlət rüsumu” haqqında qanun layihəsi müzakirəyə çıxarıldı. Müəyyən xidmətlərin rüsumu artırıldıqdan sonra tam əmin oldum ki, deputatlarımız "qiymətləri qaldırma" işindən başqa heç nəyə yaramır.

Bu gün çoxları Milli Məclisin – deputatların fəaliyyətindən narazıdır. Uzun illər Milli Məclisdə kreslo “zəbt” edib işə yaramayan bu şəxslərin "necə" deputat olması da hamı üçün bir məsələdir. Seçiçilər "biz seçməmişik" desə də, deputatlarından imtina etsələr də, "qanun" şahdır. Yəni seçməsəniz də, o, sizin deputatınızdır. Bəli, şikayətlərinizi demək üçün, dərdinizi danışıb yardım ala bilmək üçün onları görməyə bilərsiniz. Ancaq onlar "müqəddəs ruh"dur, görməsəniz də, olar. Şəkillərini qarşınıza qoyun, duanızı edib probleminizi danışın, işə yarayacaq, buna inanın... Əstəğfurullah, sizi ələ salmıram. Ələ salınmalı siz yox, özünü sizin deputatınız adlandırıb gözünüzə görünməyən insanlardır. Seçki ərəfəsində "qapı-qapı" düşən, əl-ayağınız öpüb səs dilənən, seçkilərdən sonra gözünüzə görünməyən şəxslər.

Yadıma seçki ərəfəsi günlər gəlir. Bu şəxslər deputat olmaq üçün nələr etmədi. Qapı-qapı gəzib başınızı şişirdilər, gözləmədiyiniz halda əyilib əlinizdən öpdülər, qocalarınızla şəkillər çəkdirdilər. Hətta yadınızdadırsa, sosial şəbəkələrdə o namizədləri məsxərəyə qoymuşdular. Onların tək məqsədi, "seçilmək" idi. Seçiləndən sonra bir neçə il heç nəyi düşünmədən rahat “işləyib” rahat yaşayacaqdılar.

Ay seçici, axı sən kimsən ki, deputatı narahat edirsən? Səs vermisən, deputatın gözü aydın, nə olsun, gəlib əl-ayağını öpüb? Başa düşürəm ki, bizim millət rəhmlidir. Bir balaca göz yaşı, bir az səmimiyyət yetər ki, ürəyini çıxarıb sənə versin. Bu səs dilənçilərinin də məqsədi sizin "səsləriniz" idi.

Sonradan bir-bir öz simalarnı göstərib ələnənlər olsa da, nəhayətində sizin hesabınıza hələ də orada kreslo məşğul edib yatanlar da var.

Keçən dəfə Sabunçu rayonu üzrə deputat Eldar Quliyev haqqında yazmışdıq. Bölgə əhalisi bizə minnətdarlıq etdi ki, bəs Eldar Quliyevin şəklini paylaşdığınız üçün çox sağ olun, deputatın adını eşitmişdik, üzünü görməmişdik. İndi bilirik ki, deputatımızın siması necə imiş.

Eldar Quliyev Eldar Quliyev

Tahir Kərimlinin seçiciləri də minnəttdarlıq elədi. Dedilər ki, Kərimlinin "noyabr, Xəzəl ayı olsun" təklifini müsbət dəyərləndirirlər. Deyirlər ki, Kərimilinin absurd olsa da, belə fikirlərini ona görə dəstəkləyirlər ki, heç olmasa, mənasız da olsa, arada bir söz deyə bilir.

Bəs deputatı danışmayan, Milli Məclis salonunda yuxulayan seçicilər nə etsin?.. Nə deyim?! Vallah, bəzən oturub düşünürəm ki, bu ölkənin nəyi düzdür? Təhsil sistemi məlum, səhiyyə sistemi ağlamalı, əhalinin sosial müdafiə sistemi müdafiəsiz, yolları dar və çuxurlu, nəqliyyatı acınacaqlı, Tarif Şurası gecə növbəsində, deputatı qış yuxusunda…

Mən belə ölkənin nəyindən küsüm?..

Eh, əziz oxucu... Daha keçib, ömrünü bir yol tapıb sürü apar axirətə tərəf. "Hər şey" yaxşı olacaq, "bir gün" yaxşı olacaq. Bəlkə də sən olmayanda!

İlahin, Bizimyol.info

Paylaş »
››› Görüntülərin ünvanı bəlli oldu: "Bilmirik, bu uşaqla necə mübarizə aparaq" - Video
››› "Sonuncu dalğanı da yola salıb koronavirus məsələsini bitirəcəyik"
››› Müəllimləri hədələyən qalmaqallı şagird barədə DİN-dən açıqlama - Video
››› "Bu, "Azəriqaz"ın çörəyinə bais olmaqdır.., yanan zibilə nə sayğac qoyacaqsan?"
››› Arxasınca iki qadın “Sən getdin, elə bil dünya boşaldı” deyirdi... - İslam Rzayevi anırıq
››› 2022-ci ildə daşınmaz əmlak qiymətlərində hansı dəyişiklik gözlənilir
››› Azərbaycanda pensiyaya çıxma şərtləri yumşaldıla bilər
Son xəbərlər
Bütün xəbərlər »