Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ "Demokratiya Sammiti"ndə sanksiyalar elan edəcək
ABŞ "Demokratiya Sammiti"ndə sanksiyalar elan edəcək

ABŞ Maliyyə Nazirliyi gələn həftə ABŞ administrasiyasının "Demokratiya Sammiti" çərçivəsində bir sıra sanksiyalar tətbiq edəcəyi barədə məlumat verib.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə günü "Reuters" agentliyi idarənin nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumat verən şəxsin sözlərinə görə, məhdudiyyətlər Vaşinqtonun fikrincə, korrupsiyada, insan haqlarının ciddi şəkildə pozulmasında, həmçinin demokratiyanın pozulmasında iştirak edən şəxslərə şamil ediləcək. Maliyyə Nazirliyi məhdudlaşdırıcı tədbirlərin təsirinə məruz qalacaq şəxslərlə bağlı konkret məlumat verməkdən imtina edib. Agentlik həmçinin qanunvericilikdə korrupsioner məmurların daşınmaz əmlak bazarından istifadə etməsinə imkan verən boşluqların aradan qaldırılmasına yönəlmiş təkliflər də açıqlayacaq.

Vaşinqtonun dekabrın 9-10-da dövlət liderlərini, hüquq müdafiəçilərini və iş adamlarını bir araya gətirəcək videokonfrans yolu ilə keçiriləcək "Demokratiya üçün Sammit"də iştirak etmək üçün 110 ölkədən nümayəndələr dəvət olunub. Siyahıya Çinin Tayvan adasının daxil olduğu bildirilsə də, Çin və Rusiya bu siyahıda yoxdur.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 9-10-da ABŞ təşəbbüsü ilə keçiriləcək “Demokratiya Sammiti”ni "Vaşinqtonun ən mübahisəli layihələrindən biri" adlandırıb.

“Qərblilər Böyük Qələbə nəticəsində formalaşmış beynəlxalq hüquqi BMT mərkəzli arxitekturasını məqsədyönlü şəkildə məhv edir. Onun yerini qaydalara əsaslanan və yalnız özlərinə sərfəli olan müəyyən nizam-intizamla doldurmağa çalışırlar. Aydındır ki, Vaşinqton beynəlxalq münasibətlərdə yeni bölücü xətlər yaratmaq kursu götürüb, bu dəfə özlərini bəşəriyyət hökmdarı hesab edən bir qrup ölkələr arasında qarşıdurma yaradır", - deyə Rusiyalı nazir bildirib.

Bizimyol.info

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
Son xəbərlər
Bütün xəbərlər »