Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"

ABŞ prezidenti Co Bayden Ukrayna kontekstində heç kimin qırmızı xətlərinə hörmət etmədiyini bildirib.

Bizimyol.info TASS-a istinadən xəbər verir ki, o, bunu dünən Vaşinqtondan Merilend ştatının Kemp-Devid iqamətgahına getməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib.

Dövlət başçısından Moskvanın qırmızı xətləri, xüsusən də NATO infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşması və Ukrayna ərazisində zərbə sistemlərinin, eləcə də hipersəs silahlarının yerləşdirilməsi ilə bağlı fikirlərə münasibət bildirməsi xahiş olunub. "Mən heç bir qırmızı xətt tanımıram", - deyə Bayden bildirib.

O, əlavə edib ki, Rusiya lideri Vladimir Putinlə “uzun söhbətə” edəcəklərinə ümid edir. "Rusiyanın hərəkətlərindən çoxdan xəbərdarıq. Gözləyirəm ki, Putinlə uzun söhbətimiz olacaq", - dövlət başçısı Rusiya-Ukrayna sərhədindəki vəziyyətə toxunaraq deyib. O, Rusiya lideri ilə təmasların mümkün vaxtı və formatını açıqlamayıb.

Rusiya liderinin köməkçisi Yuri Uşakovun daha əvvəl dediyi kimi, Putin və Bayden arasında videobağlantı vasitəsilə görüşün vaxtı əvvəlcədən təsdiqlənib, Amerika tərəfi ilə razılaşdırıldıqdan sonra bu barədə məlumat veriləcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »