Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Soçi görüşünün nəticələri barədə Ərdoğana məlumat verib
Putin Soçi görüşünün nəticələri barədə Ərdoğana məlumat verib

Rəsmi Kreml Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığının təfərrüatlarını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Putin üçtərəfli Soçi görüşünün nəticələri barədə Ərdoğana məlumat verib:

“Vladimir Putin Türkiyə Prezidentinin xahişi ilə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə 2020-ci il noyabrın 9-da imzalanmış Qarabağ Bəyannaməsinin ildönümünə həsr olunmuş üçtərəfli görüşünün əsas nəticələri barədə məlumat verib”, - Kremlin məlumatında deyilir.

Qeyd edilir ki, danışıqlar zamanı İrəvan və Bakının regionda sabitliyin təmin edilməsində əməkdaşlığa, eləcə də iki dövlət arasında sərhədin delimitasiyası və demarkasiyası mexanizmlərinin yaradılmasına hazır olduqları təsdiqlənib.

Bundan əlavə, ticari-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı praktiki məsələlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.

Ərdoğan Rusiyanın vasitəçilik rolunun vacibliyini qeyd edərək, səylərin gələcək koordinasiyasının, o cümlədən atəşkəs rejiminə və münaqişə zonasında hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiya-Türkiyə mərkəzinin imkanlarından istifadə edilməsinin tərəfdarı olduğunu bildirib.

Son xəbərlər
Bütün xəbərlər »