Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqtisadiyyat Nazirliyinin "Tikinti Təchizat Birliyi”nin saxlanılması xərcləri müəyyən edilib
İqtisadiyyat Nazirliyinin "Tikinti Təchizat Birliyi”nin saxlanılması xərcləri müəyyən edilib

Nazirlər Kabineti İqtisadiyyat Nazirliyinə məxsus "Tikinti Təchizat Birliyi” MMC-nin fəaliyyətinin təmin edilməsi haqqında ölkə konstitusiyasını rəhbər tutaraq və İqtisadiyyat Nazirliyinin təklifini nəzərə alaraq qərar qəbul edib.

“Bizimyol.info”nun məlumatına görə, qərarda deyilir ki, şirkətin saxlanılması xərcləri büdcə və büdcədənkənar vəsaitlər hesabına İqtisadiyyat Nazirliyi üzrə mərkəzləşdirilmiş qaydada tikinti obyektlərinin təmiri, bərpası, gücləndirilməsi və yeni obyektlərin tikintisi ilə bağlı daxilolmaların 1%-ə qədəri, həmçinin mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün daxilolmaların 0,25%-i həddində müəyyən edilsin.

Xatırladaq ki, "Tikinti-Təchizat Birliyi”nin yaradılması Prezident İlham Əliyevin bu il iyunun 26-da imzaladığı fərmanda öz əksini tapıb. Fərmana əsasən, yeni şirkət İqtisadiyyat Nazirliyinin tabeliyindəki Təsərrüfat Müəssisəsi və nazirliyin strukturuna daxil edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin təsisçisi olduğu “Tikilməkdə olan obyektlər müdiriyyəti” MMC-nin əsasında yaradılmalıdır.

Son xəbərlər
Bütün xəbərlər »