İngiltərə mərkəzli robot firması Engineered Artsın təqdim etdiyi insanabənzər robot "Ameca" böyük marağa səbəb olub.
Bizimyol.info xəbər verir ki, şirkətin sosial media hesabında qısa bir video paylaşımı ilə təqdim edilən "Ameca" ən real insan robotu olduğunu iddia edir.
Ameca-nın bütün qabiliyyətlərini hələ nümayiş etdirilməyib. Amma qısa tanıtım videosunda belə robotun insan hərəkətləri sosial mediada böyük marağa səbəb olub. Çatbot kimi inkişaf etdirilən "Ameca"da süni intellekt yoxdur, yəni verilən əmrlərdən kənarda hərəkət edə bilmir.
Bizimyol.info