Kinosevərlərin səbrsizliklə gözlədiyi filmlər var. Bu filmlərin çəkilişi tamamlansa da, hələ yayıma buraxılmayıb. Onlardan bir çoxunu dekabrda izləmək mümkün olacaq. Bizimyol.info dekabrda baxışa çıxarılacaq 10 filmi nəzərinizə çatdırır.
1) Spider-Man: No Way Home (Hörümçək adam: Evə yol yoxdur)

Filmdə Hörümçək adamın kimliyi ortaya çıxır. Piter Parkerin həyatı və reputasiyası təhlükə altına düşür. Vəziyyəti düzəltmək lazımdır. Parker çoxlu düşmənlə üz-üzə qalır.
2) Nightmare Alley (Kabuslar xiyabanı)
Gilyermo del Toronun nuar janrında çəkdiyi film ekranlara dekabrın 3-də çıxacaq. Filmdə Bredli Kuper, Keyt Blanşett, Uillem Defo kimi ulduzları görmək mümkündür.
3) The Tragedy of Macbeth (Makbetin faciəsi)
Uilyam Şekspirin eyni adlı faciəsi əsasında ssenari yazılıb. Filmi ayın sonlarında izləmək olar.
4) The Lost Daughter (Tanış olmayan qız övladı)

İngilis dili müəllimi olan Leda ailə qayğılarından uzaqlaşmaq üçün İtaliyanın cənubuna gedir. Burada tanış olduğu ailə ona keçmişini xatırladır. Meqqi Cillenholun dram filmini bəyənəcəyinizə şübhə yoxdur.
5) Red Rocket (Qırmızı raket)
Açıq-saçıq filmlərdə oynayan aktyor bir gün peşəsindən bezir. Kiçik bir qəsəbəyə köçür. Amma reallıqdan qaçmaq olmur. Yenə həmin filmlərdə səhnəyə çıxmaq lazım gəlir.
6) Flee (Qaçıb qurtarmaq)
Animasiya filmi Danimarkada yaşayan əfqandan bəhs edir. Amin 20 ildir saxladığı sirrini ən yaxın dostuna açmağa qərar verir.

7) Being The Ricardos (Rikardo olmaq)
Nikol Kidmanla Xavyer Bardem ilk dəfə eyni filmdə rol alıb. Lüsil Boll və Desi Arnasın həyat hekayəsi çox yaxşı çatdırılıb.
8) West Side Story (Vestsayd əhvalatı)
Söhbət Nyu-Yorkun iki cinayətkar qruplaşmasının qarşıdurmasından, buna görə bir-birini sevən gənclərin əziyyət çəkməsindən gedir. Rejissorun Stiven Spilberq olmasını yazmaq yetər.
9) The Matrix Resurrections (Matriks: Dirilmə)
“Matriks” seriyasından dördüncü filmə maraq böyükdür. Kianu Rivzin rolunun öhdəsindən necə gəlməsi səbrsizliklə gözlənilir.

10) Don't Look Up (Yuxarı baxmayın)
Leonardo DiKaprionun çəkildiyi film diqqətdən kənarda qala bilməz. Rejissor Adam Makkey öz siyasi satirasında bir çox məşhurlara yer verib. Meril Strip, Cennifer Lourens, Keyt Blanşett də ekranda görünəcək. Filmin büdcəsi 75 milyon dollardır.

Bizimyol.info