Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkotik vasitələr satan qadın və tanışı saxlanılıb - Video
Narkotik vasitələr satan qadın və tanışı saxlanılıb - Video

Sabunçu rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan qadın və kişi saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, paytaxtın Sabunçu rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir. Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində Məhəmmədli qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Kamran Rüstəmov və tanışı Aygün Məmmədova saxlanılıblar. Onların qəsəbə ərazisində yaşadıqları evə baxış zamanı Kamran Rüstəmova məxsus ümumi çəkisi 1 kiloqram 205 qram olan marixuana, elektron tərəzi, narkotik vasitələri satmaq məqsədi ilə bükümlər formasına salan əşya, süngü və beşbarmaq bıçaqlar aşkar olunaraq götürülüb. Kamran Rüstəmov ifadəsində narkotik vasitələri istifadə etməklə yanaşı qanunsuz dövriyyəsi ilə məşğul olduğunu da bildirib.

Faktla bağlı 15-ci Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib. Sabunçu rayonunda narkotik vasitələrin dövriyyədən çıxarılması və qeydə alınan digər hüquqazidd əməlləri törədən şəxlərin ifşa edilmələri istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Paylaş »
››› Kremli ağır günlər gözləyir: Avropa Rusiyadan qaz asılılığına son qoyur
››› Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə
››› Müəllimin cəzalandırılması etirazla qarşılandı: "Düşünüb ki, elə sakit otursam, yaxşıdır"
››› 10 yaşlı Nərminin ölümü: "Meyiti götürən kimi atası yandırılan yeri qazıb, izlər itirilib"
››› Medvedev: Geri çəkilməyə yer yoxdur, “arxada Moskvadır”
››› Bakıda tikinti özbaşınalığı: Vətəndaşlardan pulu alıb binanı yarımçıq saxlayırlar
››› Navalnı: “Məni öldürsələr, təslim olmayın”
Son xəbərlər
Bütün xəbərlər »