Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz  falı: 04 dekabr, 2021-ci il – Vəziyyətə real baxmaq uğurun açarıdır
Ulduz  falı: 04 dekabr, 2021-ci il – Vəziyyətə real baxmaq uğurun açarıdır

Bizimyol.info 04 dekabr, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Ünsiyyət üçün doğru vaxtdır: çox fərqli insanlar ümumi dil tapa, ortaq fəaliyyətlərdə razılaşa, fikir ayrılıqlarından və mübahisələrdən qaça bilərlər. İşi maliyyə, əməliyyatların təşkili və dəstəklənməsi ilə bağlı olanlar nəzərəçarpacaq uğur qazanacaqlar. Günorta ciddi qərarlar üçün yaxşı vaxt deyil. Çoxları illüziyalara qapılmağa meylli olacaqlar, cavablandırılması lazım olan sualları fərq etməyəcəklər. Hər şeyə real baxmaq - uğur üçün çox vaxt lazım olan budur.

Qoç - Gün parlaq görünən yaxşı xəbərlər və ideyalarla başlayacaq. Bir çox səylərinizin uğur qazanacağına əminsiniz, risk etməyə də hazırsınız. Amma çox da riskə meylli olmayın. Tələsik hərəkətlərdən çəkinin və tezliklə yeni imkanlar, bütün məsələlər üçün daha etibarlı və daha sadə həll yolları olacaq. Günün ikinci yarısında özünüzə qulluq etmək, əhval-ruhiyyənizə nəzarət etmək vacibdir. Xırda şeylərdən narahat olmamağa çalışın; sizi nəyin sevindirə biləcəyini düşünün. Yaxınlarınızla vacib məsələləri müzakirə etmək arzuolunmazdır: hər kəsə uyğun gələn həll yolu tapmaq çətin olacaq.

Buğa - Gün olduqca gərgindir, lakin vacib işlər üçün münasibdir. Xüsusilə konsentrasiya, dəqiqlik və təfərrüata diqqət tələb edən faydalı fəaliyyətlər soyuqqanlılığı qorumağa və emosional yüklənmədən qaçmağa kömək edəcək. İntuisiyanzıın ipuclarını diqqətlə dinləməyə çalışın, lakin kənardan gələn tövsiyələrə məhəl qoymamaq bəzən daha yaxşı olacaq: onlar faydalı olmaqdan daha çox çaşqınlıq yaradacaq. Günortadan sonra planlarınızı kəskin şəkildə dəyişdirməyin. Bu zaman emosiyaların təsiri altında düzgün olma ehtimalı olmayan bəzi qərarlar qəbul etməyiniz mümkündür. Daha əvvəl düşünülmüş planlara diqqət yetirmək, onları həyata keçirməyə çalışmaq daha yaxşıdır.

Əkizlər - Çoxlu faydalı işlərlə məşğul ola biləcəyiniz gündür. Öz işinizlə əla bacaracaqsınız, tez-tez çətin vəziyyətə düşənlərə də kömək edəcəksiniz. İşdə uğurlar yeni müttəfiqlərin yaranması ilə bağlıdır; bu insanlar ən cəsarətli təşəbbüslərinizi də dəstəkləməyə hazırdırlar. İndi sırf peşəkar olaraq başlayan münasibətlər zamanla dostluğa çevrilə bilər. Qeyri-adi görüşlər, yeni tanışlıqlar da yer alacaq. Onların sayəsində siz yeni bir şey öyrənəcək, vacib məlumatları ilk mənbədən alacaqsınız. Köhnə əlaqələri bərpa etməyi bacaracaq, mübahisə etdiyiniz insanlarla barışacaqsınız.

Xərçəng - Vacib görüşləri təxirə salmayın, səhər onlar üçün ən yaxşı zamandır. Eyni fikri ciddi məsələlərə də aid etmək olar; vəziyyətdən istifadə etməyə nə qədər tez başlasanız, istədiyiniz nəticəni bir o qədər tez əldə edəcəksiniz. Uzaqdan gələn xəbərlər planlarınıza təsir edə bilər. Ola bilər ki, çoxdan gözlənilən bəzi görüşlər təxirə salınmalı olsun. Günortadan sonra həddindən artıq yüklənmədən qaçmaq və bədəninizi güc anlamında sınamamaq daha yaxşıdır. Bir az istirahət edin; qısa fasilədən sonra özünüzü daha yaxşı hiss edəcəksiniz.

Şir - Günün birinci yarısında təkcə özünüz üçün deyil, başqaları üçün də yaxşı əməllərə imza ata bilərsiniz. Yeni işlərə qoşulmaq yaxşıdır: hətta kiçik çətinliyiniz də olmayacaq. Böyük ümidlər bəslədiyiniz iş və ya layihə ilə bağlı xoş xəbərlər ola bilər. Ətrafınızdakı insanlar həmişəkindən daha çox işlərinizə qarışacaqlar və o qədər də nəzakətli olmayacaqlar. Amma siz baş verənlərdən fayda götürməyin yolunu tapacaqsınız.

Qız - Bu gün ətrafınızdakılarla ünsiyyət həmişəkindən daha çox səbr və özünə nəzarət tələb edəcək. Həmişə sizi dərhal düzgün başa düşmürlər, bəzən ən sadə şeyləri bir neçə dəfə izah etmək lazımdır. Bundan əlavə, tənqidlər daha çox eşidiləcək və siz onlara qarşı həssas olacaqsınız. Ancaq münaqişələrin qarşısını almaq olar, çünki siz həmişə vəziyyəti sakitləşdirmək, hamını şad etmək üçün bir yol tapırsınız. Üstəlik, gün xüsusilə dəyər verdiyiniz əlaqələri gücləndirmək imkanı verəcək. Özünüzü düzgün aparsanız, sevdiyiniz insanla fikir ayrılıqları keçmişdə qalacaq.

Tərəzi - Ünsiyyət baxımından asan gün deyil. Bəzən başqalarını düzgün başa düşmək olmur, məsum iradlara belə kəskin reaksiya verirsiniz. Həmkarlarla fikir ayrılıqları, əvvəllər yaxşı anlaşdığınız insanlarla mübahisələr ola bilər. Günün sonuna qədər hər şeyi razılaşdırmaq mümkün olacaq, lakin xoşagəlməz söhbətlərə xeyli vaxt itiriləcək. Gün təkbaşına bəzi vacib işləri görmək, ciddi məsələləri həll etmək üçün mükəmməldir. Planlara nə qədər tez qərar versəniz, onları həyata keçirmək bir o qədər asan olacaq. Kənardan gələn məsləhətlər bu gün demək olar ki, faydasız olacaq.

Əqrəb - Bəzi vacib məsələləri düşünmək, mürəkkəb problemləri həll etməyə çalışmaq üçün yaxşı gündür. Heç kimin ağlına gəlməyən gözəl ideyalarınız var. Köhnə problemlərə yeni şəkildə yanaşmağa cəhd edə bilərsiniz; cəsarətli təcrübələriniz şübhəsiz ki, uğurlu olacaq. Pulun olduğu yerdə diqqətli olun. Bu gün xırda şeylərə xeyli pul xərcləmək və ya ümumiyyətlə, ehtiyacınız olmayan bir şeyi almaq riskiniz var. Ancaq sevgidə bəxtiniz gətirə bilər. Çoxdandır belə bir şey gözləməyənləri xoş romantik sürprizlər gözləyir.

Oxatan - Gün gərgin, sürprizlərlə və çevik qərarlar qəbul etməli olduğunuz situasiyalarla dolu olacaq. Sizin yerinizdə başqası əsəbiləşərdi, amma siz nəyin nə olduğunu tez başa düşürsünüz, düzgün davranış xəttini seçirsiniz. İnsanlarda xoş fikir yaratmağı bacaracaqsınız. İdeyalarınızı elə təqdim edəcəksiniz ki, onlara heç kim biganə qalmayacaq. Daha əvvəl verdiyiniz vədləri unutmayın. Onlara əməl etmək vacibdir, sizə arxalananları tək buraxmamaq lazımdır. Müqavilələrin pozulması reputasiyanıza xələl gətirə və uzun müddət münasibətlərinizi korlaya bilər.

Oğlaq - İşə qayıtmaq üçün əlverişli, sakit gün gəlir. İndi işlər çox səy göstərmədən tamamlana bilər və şübhəsiz ki, nəticədən razı qalacaqsınız. Köhnə tanışlarla görüşlər sizi sevindirəcək, söhbət üçün maraqlı mövzular çoxdur. Vaxtilə önəm verdiyiniz işgüzar və şəxsi əlaqələri bərpa etmək fürsəti yaranacaq. Özünüzü çox yükləməyin. İstirahət etdikdən və bərpa olduqdan sonra özünüzü daha gümrah hiss edəcəksiniz. Pis vərdişlərdən bir müddət də olsa, imtina etmək faydalı olacaq.

Dolça - İş haqqında danışmaq, planları müzakirə etmək, müttəfiqləriniz arasında görmək istədiyiniz insanlarla görüşmək üçün əlverişli gündür. Çoxlarında yaxşı təəssürat yarada bilərsiniz. İntuisiyanız insanların sizdən nə gözlədiyini, nə eşitmək istədiklərini söyləyəcək. Çox güman ki, təkliflər vəziyyəti dəyişdirəcək və uzunmüddətli tərəfdaşlıq başlayacaq. Şayiələri və dedi-qoduları sevmələri ilə tanınan insanlardan uzaq durmağa dəyər: onlar sizə zərər verə bilər, hətta istəmədən bəzi sirlərinizi aça bilərsiniz. Alış-verişə və sövdələşmələrə tələsməmək daha yaxşıdır. Pul məsələsində düzgün qərarlar vermək çətin olacaq.

Balıq - Siz başqalarına təsir etmək qabiliyyətinizi çox yüksək qiymətləndirirsiniz. Hər hansı vacib və mürəkkəb işə başlamazdan əvvəl bu işdə uğur qazanmaq üçün real şansınızın olub-olmadığını düşünün. Daxil olan təkliflər də tənqidi şəkildə qiymətləndirilməlidir, xüsusən də qızıl xəzinələri vəd edən tanımadığınız insanlarla ehtiyatlı olun. Dostlarla söhbət etmək sizi sevindirəcək: onların sizin üçün həm yaxşı xəbərləri, həm də məntiqli məsləhətləri var. Günorta alış-veriş üçün əlverişlidir. Bu zaman özünüz üçün faydalı şeylər və yaxınlarınız üçün gözəl hədiyyələr seçmək asan olacaq.

Son xəbərlər
Bütün xəbərlər »