Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə subaya evini kirayə verməyəni cəzalandırıblar
Türkiyədə subaya evini kirayə verməyəni cəzalandırıblar

Azərbaycanda olduğu kimi, Türkiyədə də kirayə ev bazarında subay şəxslərə az üstünlük verilir. Evli olmayanlar çox çətinliklə mənzil tapır. Türkiyədə belə halla üzləşən subay şəxs mənzil sahibinin cəzalandırılmasına nail olub.

Bizimyol.info xəbər verir ki, hadisə Kırklareli şəhərində baş verib. Mənzil kirayələmək istəyən şəxs kobud münasibətlə qarşılaşıb. Onu evli olmadığına görə aşağılayıblar. Mənzil sahibinin “subaylara və tələbələrə ev vermirik” ifadəsi həmin adamı özündən çıxarıb. Subay olmasına görə məzəmmət eşidən şəxs Türkiyə İnsan Haqları və Bərbabərlik Qurumuna müraciət edib. Konstitusiyanın 10-cu maddəsinin pozulduğu müəyyənləşib. Mənzil sahibi 4 min lirə (təxminən 300 dollar) cərimələnib. O, açıqlamasında özünü müdfiə etməyə çalışıb. Ev yiyəsi binada yalnız ailələrin yaşadığını bildirib. Məhz buna görə də subay şəxsləri yaxına buraxmadığını deyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »