Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinlə Bayden videokonfrans formatında danışacaqlar
Putinlə Bayden videokonfrans formatında danışacaqlar

"Rusiya Federasiyası Prezidenti Vladimir Putin və ABŞ dövlət başçısı Co Bayden arasında videokonfrans formatında keçiriləcək danışıqların dəqiq tarixi hələ də razılaşdırılmayıb. Razılardırmalarla bağlı iş davam edir".

Bizimyol.info TASS-a istinadən bildirir ki, bu barədə cümə günü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Dəqiq tarix hələ razılaşdırılmayıb, iş hələ də davam edir. Bu, videokonfransdır və hər iki ölkənin nümayəndə heyətlərinin danışıqlarda mümkün iştirakı ilə bağlı hələlik dəqiq razılaşma yoxdur”, - deyə Peskov əlavə edib.

"Bütün bu nüanslar hələ də təsdiqini tapmayıb.Hər iki tərəfin danışıqların tarixləri, o cümlədən dekabrın 7-si ilə bağlı müxtəlif təklifləri var, lakin onlar hələ sinxronlaşdırılmayıb”. Beləliklə, Peskov bu təmasların hansı həftə ərzində gözlənildiyini deeməkdən imtina edərək, onların “hər an” baş tuta biləcəyini qeyd edib.

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirmişdi ki, Moskva yaxın günlərdə Putin və Bayden arasında danışıqların baş tutacağına ümid edir.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »