Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəşəriyyət üçün təhlükə olan laboratoriya təcrübəsinin məlumatları sızdı
Bəşəriyyət üçün təhlükə olan laboratoriya təcrübəsinin məlumatları sızdı

Dünya robotlarla bağlı inkişafları izlədiyi bir vaxtda Amerikada hər kəsdən gizli şəkildə həyata keçirilən eksperimentin məlumatları ictimaiyyətə sızdırılıb.

Bizimyol.info xəbər verir ki, Harvard Universitetinin Wyss İnstitutunda və Tuftsdakı Allen Kəşf Mərkəzində aparılan təcrübədə robotların təkbaşına çoxalmasını təmin etmək üçün qurbağa hüceyrələrindən istifadə ediblər. Süni robotlar bu təcrübədən uğurla çıxıblar və özlərini təkrarlamağı bacarıblar. Bu uğurlu təcrübə dünya tarixində bir ilk kimi qeydə alınıb.

Lakin bu uğur bəşəriyyət üçün eyni dərəcədə faydalı olmaya bilər. Hətta bəzi nəzəriyyəçilər bunun bəşəriyyətin sonunu gətirəcəyini iddia edirlər.

Qeyd edək ki, son vaxtlar robotlar üzərində müxtəlif yeni təcrübələr aparılır. Məsələn, Amerikada aparılan tədqiqatlarda robotlara silahdan istifadə öyrədilir, riyazi sualları həll etmək üçün robotlar təmin edilir və s.

Xarici mediada yer alan mütəxəssis rəylərinə görə, bütün bu hadisələr birləşərək insan və robot arasında müharibəyə səbəb olacaq.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »