Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yeni il” yolkası bəzəmək neçəyə başa gəlir - Qiymətlər
“Yeni il” yolkası bəzəmək neçəyə başa gəlir - Qiymətlər

Dünya tarixində ağır illərdən biri kimi yadda qalacaq olan 2021-i ilin son günlərini yaşayırıq. Dekabr ayının yeni başlamasına baxmayaraq, hər tərəfdə yeni il abu-havası duyulur.

İstər küçələr, istər mağazalar, istərsə də evlər sanki bu il daha tez yeni ilin gəlişinə hazırlanıb. Əslində bu, başadüşüləndir. Qlobal böhran dönəmində sosial həyatdan kənar qalan insanlar yeni maraqlara can atır, sərt karantin müddətində evdə keçirməklə ömürdən gedən günlərin acığını çıxmağa çalışırlar.

Bazarlarda, yeni il üçün hazırlanan şənliklərdə isə qiymətlər hər il olduğundan daha yüksəkdir. Əvvəlcə bazar qiymətləri ilə tanış olaq. Deməli, yeni il üçün şam ağacı almağı düşünürsünüzsə, bilin ki, bu sizə o qədər də ucuz başa gəlməyəcək. Çünki 150 sm hündürlüyündə olan yolkaların qiyməti 130 manat, 180 sm-lik 250 manat, 210 sm-lik 330 manat, daha kiçik ölçülü yolkalar isə 50-100 manat civarında dəyişir.

Yolkanı bəzəmək üçün oyuncaqların qiymətləri fərqlidir. Bu, oyuncaqların ölçüsündən, rəngindən, bəzəyindən asılı olaraq dəyişir. Bir çox mağazalardan kiçik ölçülü oyuncaqların bir neçəsini 2 manata, lakin böyük ölçülü olanların yalnız bir ədədini 1.50-2 manata tapa bilərsiniz. Nəzərə alaq ki, bir şam ağacını bəzəmək üçün xeyli sayda oyuncaq tələb olunur.

Dekorların qiymətləri isə daha bahadır desək, yanılmarıq. Yeni il üçün xüsusi masa örtüləri, boşqablar, stəkanlar, çaşkalar var ki, qiymətləri əl yandırır. Məsələn, tək masa örtüsünün qiyməti 55-75 manat arasında dəyişir.

Evi bəzəmək üçün süvenirlər isə 10 manatdan başlayır. Bu qiymətə kiçik ölçülü şaxta baba, qar qız və s. yeni ili xatırladan heykəllər ala bilərsiniz. Ölçüsü böyük olan suvernirlər, heykəllər isə olduqca bahadır. Böyük ölçüdə şaxta babalar var ki, bunların qiyməti 300-500 manatdır.

Qiymətlərə baxdıqda aydın olur ki, yeni il “yaman” gələcək.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »