Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tütündən elektron siqaretə: Hansı daha təhlükəlidir...
Tütündən elektron siqaretə: Hansı daha təhlükəlidir...
Son zamanlar elektron siqaretlərədn istifadə halları geniş yayılıb. Mütəxəssislərin fikrincə, siqaret mədə xərçəngi, mədəaltı vəzin xəstəliyi, beyin və ürək damarlarında sərtləşmə və s. digər başqa xəstəliklərə səbəb olur. Buna görə də, siqareti tərgitmək istəyənlər ilkin mərhələdə elektron siqaretlərdən istifadə edir. Ancaq ekspertlər elektron siqaretlərin daha çox asılığıa səbəb olduğunu iddia edir.

Həkim terapevt Məlahət Ababsovanın sözlərinə görə, nikotinin tərkibində insan sağlamlığı üçün təhlükəli hesab edilən maddələr var. “İnsanlar arasında belə bir mif var ki, elektron siqaretlər daha az zərərlidir. Ancaq qeyd etməliyik, hər iki növ siqaret təhlükəlidir. Ağciyər xərçəngi olan xəstələrlə aparılan araşdırmalar da sübut edir ki, siqaret çəkən insanlar daha çox ağciyər xərçənginə yoluxur.

Eyni zamanda eelktron siqaretlərin də sağlamlıq üçün təhlükəsini qeyd etməliyik. Elektron siqaretlər də ağciyər xərçıngi, böyrək xərçəngi, mədə və mədəaltıvəz xərçəngi və s. digər ağır xərçəng növlərinin ayarnmasına səbəb ola bilər.

Bundan başqa eelktron siqaretlər infarkt, təzyiqin yüksəlməsi, damarların sərtləşəsi, miqaren və s. hallara da səbəb ola bilər. Hər şey bir kənara elektron siqaretlər də güclü asılılıq yaradır”, -deyə həkim xəbərdarlıq edib.

Həkim qeyd edir ki, elektron siqaret istifadə edənlərin əsas məqsədi siqareti tərgitmək olsa da, gündəlik elektron siqaret çəkmək siqareti tərgitməyə mane ola bilər. Bundan başqa, elekton siqaretlərin müxtəlif qoxulara malik olması elektron siqaret istifadəsinə təhrik edir. Mütəxəssis qeyd edir ki, siqaret asılılığı müalicə edilə bilən psixoloji pozuntudur. “Hər asılılığın müalicısi olduöu kimi, siqaret asılılığının da müalicəsi var.Ancaq şəxs yenidən siqaret çəkməyə başlaya bilər və uzun müddət davam edə bilər. Yəni asılılıqdan tam qurtulmaq mümkün deyil. Siqaret asılılığı müalicəsi psixoterapiya və dərman müalicəsi ilə aradan qaldırıla bilər. Bunun üçün yaxşı psixoterapevtə ehtiyac var. Psixoterapiya zamanı xəstələrə siqaretlə arasında olan bağ, siqaretin onun üçün kəsb etdiyi əhəmiyyəti başa düşüb yenidən dəyərləndirmək, siqaretdən imtina emtəyi düşündüyünüz zaman hiss etdiyiniz qorxu və narahatlıq kimi duyğularla bacara bilmək, riskli vəziyyətləri başa düşmək, istək ilə mübarizə aparmağı bacara bilmək, motivasiyanı dəstəkləmk kimi addımlar fərdi şəkildə işlənilir və faydalı ola bilər.

Dərman müalicəsi də psixoterapevt tərəfindən təyin edilə bilər. Dərman müalicə və psixoterapiya ikisi bir arada olduğu zaman müalicə daha effektli olur”.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »