Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yuxuda günəş, ay və işıq görmüsünüzsə, qarşıda nələr gözlənilir - Yuxuyozma
Yuxuda günəş, ay və işıq görmüsünüzsə, qarşıda nələr gözlənilir - Yuxuyozma

Yuxularımız həyatımızın xəbərçisidir. Yuxuda nə görürüksə, onun mənasını öyrənərək qarşıda bizi nə gözlədiyini müəyyən edə bilərik. Təbii ki, bunun elmi əsası yoxdur. Bununla belə, əsrlərdən gələn bir inancdır.

Çox zaman yuxuda günəş və ya işıq görürük və bu yuxudan sonra adətən “günümüz, yolumuz işıqlı olacaq” deyirik.

Yuxuda günəş, işıq görmək nə məna verir?

Bu yuxu, sizə xoşbəxtlik vəd edir. Yuxuda günəş görmək, bacarıqlı və uğurlu olmağa işarədir. İş həyatınızda dəyişikliklər olacaq. Yuxuda günəş görmək işdə də, eşqdə də uğur deməkdir. Çox gözəl yuxudur, xoşbəxtliyin xəbərçisidir.

Yuxuda günəş görən şəxsin iş yerində vəzifəsi yüksələr.

Yuxuda günəşə səcdə etmək, vəzifə sahibi olan birinin sizə şəfqət göstərəcəyinə işarədir. Yuxuda günəş görmək, sevincə və xoş xəbər almağa işarədir.

Yuxuda günəşin doğuşunu görmək, böyük bir arzunuzun həyata keçəcəyindən xəbər verir. Günəşin evdə doğduğunu görmək, yaxın qohumlarınızdan biri ilə bağlı şad xəbərə işarədir.

Yuxuda günəşin batışını görmək xəstə olan yaxınınızın şəfa tapacağına işarədir. Ailədə yeni övlad da dünyaya gələ bilər.

Günəşlə bağlı arzuolunmaz yuxular da var. Məsələn; yuxuda günəşin qaraldığını görmək, ailə üzvlərindən birinin xəstələnəcəyinə işarədir. Günəşin anidən itdiyini görmək isə, yaxınlardan birinin ölümünə işarədir. Bəzən isə, yuxu sahibinin işini itirəcəyinə işarədir. Yuxuda günəşi yatağında görən şəxs, tez bir zamanda ağır xəstəliyə düçar ola bilər.

Yuxuda günəş və ay işığını bir yerdə görmək, yuxu sahibinin sevgilisi ilə görüşəcəyinə işarədir.

Yuxuda günəşin saraldığını görmək, epidemiya yayılacağına və yaxud tanınmış birinin ölümünə işarədir.

Yuxuda günəşi tutduğunu, özünün günəş olduğunu görən şəxs ən yüksək zirvəyə ucala bilər. İşığı olmayan günəşi tutmaq, çətinliklərdən qurtulacağına işarədir.

Günəşin buludların altından çıxdığını görmək, müvəqqəti çətinliyə işarədir.

Günəşin böyüyüb işığını artırdığını görmək, var-dövlətə işarədir.

Yuxuda kölgədə üşüyüb, günəşin altına keçib qızınmaq yoxsulluqdan qurtulmağa işarədir.

Yuxuda işıq görmək, parlaq bir gələcəyə qovuşacağınızın xəbərçisidir. Yuxuda işıq bir çox sıxıntıdan sonra rifaha, sakitliyə qovuşacağınız mənasına gəlir. İşıq gecə yarısı görülürsə, yuxunu görən şəxs, övlad sahibi olacaq.

Günəş gözəl bir gələcək deməkdirsə, Ay işığı kədər və hüznün xəbərçisidir.

Lampa işığı, əylənmək və gözəl zaman keçirmək imkanlarının artması deməkdir. Şam işığı, dərd deməkdir. Kibrit işığı isə, qismətə işarədir. Hər mövzuda uğurlu olacaqsınız. Əgər işıqların söndüyünü görmüsünüzsə, bir planınız uğursuzluqla nəticələnəcək.

Nəzərə alın ki, istənilən halda taleyiniz öz əıinizdədir. Və ən əsası, Tanrının hökmü bütün yuxulardan üstündür.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »