Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bağçalar uşaqların sağlamlığını təhlükəyə atır
Bağçalar uşaqların sağlamlığını təhlükəyə atır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri və regionlarda yerləşən 220 məktəbəqədər təhsil müəssisəsində monitorinq keçirib. Agentlikdən bildirilir ki, monitorinqlər zamanı 205 bağçada 1 236 nöqsan aşkar edilərək qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülüb.

Məlumatda qeyd olunub ki, bu ilin oktyabrın 4-dən başlayan yoxlamalar çərçivəsində məktəbəqədər təhsil müəssisələrində qidalanmanın Nazirlər Kabinetinin 103 saylı qərarında göstərilən qida normalarına uyğun təşkil edilməsi, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsi vəziyyətinin qiymətləndirilməsi, həmçinin yeyinti məhsullarının tədarük prosesi, onların saxlanması, daşınması, realizə olunması, markalanma və qablaşdırılmasına dair tələblərə əməl olunması yoxlanılır. Bununla yanaşı, mütəxəssislər tərəfindən bağçalarda yeyinti məhsullarının hazırlandığı və saxlandığı sahələrin sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluğuna yerində baxış keçirilir.

Yuxarıdakı rəqəmlər əslində insanı dəhşətə gətirir. 220 məktəbəqədər təhsil müəssisəsi və 1236 nöqsan… Bu rəqəmlər isə yalnız yoxlama aparılan və aşkar edilən nöqsanların sayıdır. Reallığa qalsa, məktəbəqədər təhsil müəssisələrinin bir çoxunda bu qaydalar kobud şəkildə pozulur, hətta uşaqlar üçün ayrılmış qida vasitələri kənar şəxslər tərəfindən mənimsənilir. Heç kimə sirr deyil ki, uşaqların sağlamlığı nəzərə alınaraq hazırlanmış menyudan heç bir körpənin xəbəri yoxdur. Bu qida məhsullarının hansı formada, kimlər tərəfindən oğurlanması isə illərdir ki, aşkara çıxarılmır.

Hələ bədəninin təməl mərhələsində olan uşaqların yedikləri isə dəyişilməz olaraq, qalır. Quru makaron, içərisində sudan, çörəkdən başqa heç nə olmayan sup, üstünə yağ çəkildiyi iddia edilən, amma mikroskopla belə yağı görünməyən “yağ-çörək”….

Maraqlıdır, bu qidalarla böyüyən uşaqlardan hansı gələcək gözlənilir?

Bağçalardakı acınacaqlı vəziyyət dəfələrlə media qurumları tərəfindən işıqlandırılıb. Lakin nədənsə, bu qədər həssas bir məsələyə hərkəs gözünü yumub. Görünür heç gözlərini açmaq da istəmirlər. Aylığı 500-700 manat və hətta daha yüksək olan bağçalara övladını, nəvələrini yola salan məmurun nəyinə lazım kasıbın övladı?

Amma unutmayaq ki, vətən, torpaq adı çəkiləndə sinəsini qabağa verən, düşünmədən ön cəbhəyə yola düşən də məhz həmin bağçalarda böyüyən uşaqlardır.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Hökumət hansı məhsulların qiymətinin artdığını açıqlayıb
››› Hərbi geyimi qanunsuz şəkildə gəzdirən “qazi”lər, yaxud sosial şəbəkə “fenomen”ləri – “Adam “like” toplamaq istəyir, “qazi” adından istifadə edir”
Son xəbərlər
Bütün xəbərlər »