Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden ABŞ hakimiyyətinin "COVID-19"a qarşı planını açıqlayıb
Bayden ABŞ hakimiyyətinin "COVID-19"a qarşı planını açıqlayıb

ABŞ prezidenti Co Bayden dünən ölkədə bu qış koronavirusun yayılması ilə mübarizə məqsədi ilə administrasiyasının yeni planını təqdim edib. Bu planda karantin rejiminin tətbiqi ehtimalı ehtiva edilmir.

Bizimyol.info "RİA Novosti"yə istinadən xəbər verir ki, dövlət başçısının çıxışı Ağ Evin saytında yayımlanıb.

"Bu gün mən qışda "COVID-19" ilə mübarizə üçün yeni fəaliyyət planımızı elan etmək niyyətindəyəm. Bu, karantin və qapanma rejiminin tətbiqi demək deyil", - deyə ABŞ rəhbəri bildirib.

Bayden vurğuladı ki, onun administrasiyası bunun əvəzinə, ABŞ əhalisi arasında "COVID-19"a qarşı testlərin və peyvəndlənmənin genişləndirməyə diqqət yetirmək niyyətindədir: "Mütəxəssislər "COVID-19"a yoluxmaların sayının önümüzdəki həftələrdə və bu qış aylarında artmağa davam edəcəyini söyləyirlər. Hazır olmalıyıq və mütamadi analizlər vermək, peyvəd olunlaqla  işlərimizi də dayandırmaya bilərik. Karantin və qapanmalar yaxşı heç nə vəd etmir", - deyə dövlət başçısı pandemiya ilə mübarizədə yeni tədbirlər planını açıqlayıb.

Bayden əlavə edib ki, ABŞ-da indiyədək iki halda koronavirusun "omicron" ştammı aşkarlanıb. O qeyd edib ki, bu, narahatlıq doğurur, lakin panikaya əsas vermir. ABŞ prezidenti hesab edir ki, virusun bu variantı ilə xaos və çaşqınlıqla deyil, elm və təmkinliliklə mübarizə aparmaq lazımdır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »