Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neft Daşlarında SOCAR-ın işçisi itkin düşüb
Neft Daşlarında SOCAR-ın işçisi itkin düşüb

SOCAR-ın elektrik montyorudur Namazov Mürsəl Həsənəli oğlu Neft Daşlarında itkin düşüb.

Bizimyol.info xəbər verir ki, bu barədə SOCAR-dan verilən məlumatda bildirilib.

Qeyd edilir ki, M.Namazov dekabrın 1-i gecə növbəsində işləyərkən, sonuncu dəfə saat 05:45 radələrində iş yerində görünüb. Daha sonra onu görən olmayıb.

"Meydançanın perimetri boyu, eləcə də onun yaşadığı yataqxanada axtarış aparılıb, axtarış işlərini davam etdirmək üçün sahəyə dərhal gəmilər və dalğıclar çağırılıb. Dəniz üzərindən uçan helikopterlərə də dənizin səthini daim nəzarətdə saxlamaq göstərişi verilib. Dünən hava şəraiti və dənizdə küləyin güclənməsi ilə əlaqədar axtarış işləri məcburən dayandırılsa da, hazırda dənizdə axtarış işlərinin davam etdirilməsinə cəhd olunur", - deyə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »